Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Avqust

2015
11:51
Ağ Ev: `ABŞ prezidentinin bu addımı axmaqlıq olar`

Gələcək ABŞ prezidentinin İranla əldə edilən nüvə razılaşmasını pozması axmaqlıq olar.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Ağ Ev sözçüsü Coş Ernest deyib. O, Obama administrasiyasının uğurlu siyasəti nəticəsində İranla razılıq əldə etdiklərini bildirib:

"2016-cı ildə prezident seçkisini Respublikaçılar Partiyasının namizədinin qazanması halında İranla əldə edilən nüvə razılaşmasının pozulması axmaqlıq olar. Çünki bizim tətbiq etdiyimiz uğurlu sanksiya siyasəti nəticəsində İranı danışıqlar masası arxasında oturda bildik və razılaşmanı imzaladıq".

Qeyd edək ki, İranın nüvə proqramı barədə imzalanan müqavilə prezidentlik uğrunda mübarizə aparan respublikaçı namizədlərin tənqidlərinə tuş gəlib. Onlardan bəziləri prezident seçiləcəkləri halda razılaşmanı pozacaqlarını bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Xarici valyutaların manata qarşı məzənnələri

31

May
09:42
İQTİSADİYYAT
180

ADU tələbə qəbulu elan etdi

29

May
12:24
ELM / TƏHSİL
396
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


31-05-2020 10:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru