Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2015
12:38
Dövlət Yol Polisi: Kondisionersiz nəqliyyat vasitələrindən istifadə etməyin!

Respublika Baş Dövlət Yol Polisi İdarəsi havaların isti keçməsilə əlaqədar sürücülərə növbəti dəfə müraciət edib.

İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirdi ki, sürücülərə soyuducu sistemi olmayan avtomobillərdən günün isti vaxtlarında mümkün qədər istifadə etməmək tövsiyə olunur. İdarə rəsmisinin sözlərinə görə, kondisionersiz avtomobillərlə yay aylarında törədilən yol qəzalarının əksəriyyəti günorta saatlarında baş verir: “Günorta vaxtlarında qeydə alınan yol nəqliyyat hadisələri məhz günün qızmar vaxtlarına təsadüf edir. İsti hava, eləcə də havada olan müxtəlif qazlar sürücüyə həm psixoloji, həm də fizioloji təsir edir. Son günlərdə hava temperaturunun ölkə boyu yüksək olmasını nəzərə alaraq nisbətən uzaq məsafədə yola çıxan sürücülərindən kondisioneri olmayan avtomobillərdən saat 12.00-dən 18.00-dək mümükün qədər az istifadə etmələri və soyuducu sistemlə təchiz olunmuş ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri xahiş olunur”.

Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından da isti havada avtomobil idarə etməmək tövsiyə edilib. Belə ki, isti havada insanlarda qan qatılaşması zamanı tromb yaranır. Bu da insanda infark, insult və digər xəstəliklərə yol açır və sürücünün idarəetmə qabiliyyətini itirməsinə səbəb olur. İstidən insanın görməsi də pisləşir.  

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4524

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3105

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2466

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2050
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 05:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru