Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2015
12:22
1117
Dini Komitədə yas mərasimlərinə yenidən NARAZILIQ - AÇIQLAMA

Yas mərasimlərinin təmtəraqdan uzaq, sadə keçirilməsi üçün istər din xadimləri, istər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hər zaman əhaliyə müxtəlif müraciətlər ünvanlanır və tövsiyələr verilir. Bir müddət əvvəl ölkə miqyasında bu tövsiyələrə əməl etməyə başladılar, hüzr mərasimlərində açıqlan süfrələrdən yeməklər, şirniyyatlar, meyvə-tərəvəz yığışdırıldı. Hətta bir sıra rayonların İcra Hakimiyyətləri bu məsələni diqqətdə saxlayırdı ki, israfçılığa yol verilməsin. Amma müyyən müddətdən sonra məsələ diqqətdən kənarda qaldı və tövsiyələr unuduldu. 

Yenə əvvəlki kimi hüzr mrəasimlərinəd stollara müxtəlif təamlar düzülür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran Modern.az-a açıqlamasında qeyd edib ki, onlar cəmiyyətdən gələn sosial sifariş nəticəsində yas mərasimləri ilə bağlı tövsiyə vermişdilər. Buna bir müddət əməl olunduğunu diqqətə çatdıran Səyyad Aran da hazırda yenə əvvəlki kimi yas mərasimlərində ifratçılığa yol verildiyini təsdiqləyib.

“Biz yenə də həmin tövsiyəmizdə qalırıq və yəqin ki bunu tədricən həyata keçirməli olacağıq. Bir sıra insanların şöhrət və özünü göstərmək meyli təəssüf ki, hələ də davam edir. Amma bildiyiniz kimi, həm Quranda, həm də Peyğəmbərin (s) göstərişlərində dəfələrlə qeyd olunub ki, hüzr məclisi hər hansı adamın maddi baxımdan özünü göstərməsi, nümayiş etdirməsi, süfrəyə zəngin təamlar verməsi düzgün deyil, israfçılıqdır və bu israfçılığı Allah-Taala da xoş qəbul etmir. İndi insanların bir qismi buna əməl edir, bir qismi etmir. Bu hər bir kəsin vicdanı, həm də mənəvi hərəkətidir”.

Komitə sədrinin müavini qeyd edib ki, insanlar bu cür hərəkətlərin – israfçılığın həm Quranı-Kərimdə, həm də İslamın ən böyük alimlərinin fikirlərində, göstərişlərində yolverilməz hesab edildiyini başa düşməlidirlər.

“Buna əməl etmək hər bir insanın artıq öz daxili, mənəvi borcudur. Onun mənəvi dünyasında bu cür hərəkətlər necə formalşırsa, o cür də qavrayıb addım atır”.

S.Aran bildirib ki, yas mərasimləri ilə bağlı tövsiyənin məcburi həyata keçirilməsi ilə bağlı əmr və ya hər hansı bir göstərişin ola bilməz.

“Heç bir icra nümayəndəsinə nə bizim komitədən, nə də yuxarı orqanlardan göstəriş verilib. Belə bir şey yoxdur. Məcburiyyətlə nəsə olmayıb və olmayacaq da. Bu hər bir insanın daxili məsələsidir. Bu cür israfçılığı aradan qaldırmaq üçün dini maarifləndirməni gücləndirmək lazımdır. Tanınmış adamların şəxsi nümunələri gərəkdir, eyni zamanda cəmiyyətin özünün buna daxildən təpkisi olmalıdır. Başqa əmr, göstəriş ola bilməz”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yük və sərnişin daşımaları artıb

18

Oktyabr
10:00
İQTİSADİYYAT
42

Xarici valyutaların manata qarşı məzənnələri

18

Oktyabr
09:33
İQTİSADİYYAT
36

Ərdoğan Trampın tvitinə cavab verdi

18

Oktyabr
09:05
DÜNYA
186

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
85

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
167

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
111
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 10:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru