Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 Avqust

2015
11:01
2867
Abbasqulu Bəyin nazı ilə çox oynayan Kərbəlayini tanıyırsınızmı? - FOTO-VİDEO

Onu hər birimiz "Axırıncı Aşırım" filmindən tanıyırıq. Amma necə tanıyırıq, zəhmli baxışları və hökmlü sözləri ilə. Söhbət Kərbəlayi İsmayıldan gedir.

Yəqin ki, hər birimizə maraqlı olar Kərbəlayi İsmayılın əsl kimliyi. 

FaktXəbər olaraq Kərbəlayı İsmayıl haqqında əldə etdiyimiz qısa məlumatı oxucularımızn diqqətinə çatdırırq. 

Kərbəlayi İsmayıl Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatının ən fəal üzvlərindən biri olub. Həmin dövrdə Azərbaycanın, Ermənistanın və Gürcüstanın müxtəlif yerlərində xalq arasında hökümətə qarşı güclü müqavimət ruhu baş qaldırıbmış. O dövrdə Lənkəran ətrafinda gedən müqavimət hərəkatına Cankişi, Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund, Gürcüstanda (Qarayazıda) Qaçaq İsaxan başçılıq edirlərmiş.

Kərbəlayi İsmayıl 1870-ci ildə Vedibasar mahalının Çimən kəndində anadan olub. 

1920-ci ildə Azərbaycanın Rusiya tərəfindən işğalı ilə barışmayanların əksəriyyəti hələ Sovet dönəmində xalqın sevimlisinə çevrilmişdi. Bu gün də haqqında maraqla danışdığımız Kərbəlayi İsmayıl kimi. Kərbəlayi İsmayılın adı daha çox Qərbi Azərbaycanda bolşeviklərə qarşı dirəniş hərəkatı ilə bağlıdır.

Kərbəlayi İsmayıl Qərbi Azərbaycan ərazisində erməni təcavüzü və bolşevik işğalına qarşı mübarizə aparıb. Sonradan Türkiyə tərəfə keçmək məcburiyyətində qalır. Burada isə onu heç də sakit həyat gözləmir. Kərbəlayi İsmayıl 1931-ci ildə qohumları ilə birlikdə Araz çayını keçərək, İğdır vilayətinin Daşburun kəndinə gəlir. Sovet xüsusi xidmət orqanları tərəfindən təqib edilən Kərbəlayi İsmayılı yerli əhali qoruyub. Bu elə bir vaxt idi ki, Ermənistanla sərhəd olan ərazilərdə hələ də daşnaqlar at oynadırdı. Az bir zamanda xalqı ətrafında birləşdirən Kərbəlayi İsmayıl ermənilərə qarşı mübarizədən qalib çıxa bilir. Kərbəlayi İsmayıl Türkiyədə yaşadığı illərdə doğulduğu Vedibasar elindəki Çimən kəndinin adını özünə soyad kimi götürüb. 1948-ci ildə Daşburun kəndində 78 yaşında vəfat edib.

2008-ci ildə Azərbaycanın Qarsdakı konsulu Həsən Sultanoğlu (Zeynalov) və Türkiyə ictimaiyyətinin səyi ilə Kərbəlayi İsmayılın uyuduğu qəbiristanda onun qəbiri təmir edilib. Bu, həm də Qərbi Azərbaycandakı topaqlar uğrunda mübarizə aparan şəhidlərin xatirəsinə həsr edilib.

Hər il aprelin 28-i ərəfəsində İğdır vilayətinin Daşburun kəndində Kərbəlayi İsmayılın anım günü qeyd edilir. Kəndin ərazisində həmyerlimizin məzarı üstə tədbir keçirilir. XX əsrin əvvəlində ermənilər tərəfindən türk xalqına qarşı törədilən soyqırıma etiraz səslənir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Vurğun Əyyubun səhhəti ağırlaşıb

22

Sentyabr
21:58
ÖLKƏ
413

Çində məscidləri dağıdırlar

22

Sentyabr
21:53
DÜNYA
404

İran parada yeni raket çıxardı - FOTO

22

Sentyabr
20:24
HƏRB
460

Azərbaycanda tullantılar çeşidlənəcək

21

Sentyabr
14:36
DÜNYA
1263

Bazar gününün hava proqnozu açıqlanıb

21

Sentyabr
13:44
ÖLKƏ
1462

Xızı sakini polisi silahla hədələyib

21

Sentyabr
12:40
HÜQUQ,HADİSƏ
1227

Azərbaycan neftinin qiyməti artıb

21

Sentyabr
12:37
DÜNYA
1261

Bakıda vaqon yanıb

21

Sentyabr
10:43
HÜQUQ,HADİSƏ
524
Şərhlər
Seymur Huseynov tərəfindən 04-08-2015 04:47:31 tarixində yazıldı
axırıncı aşırım
Bu kinonu tanimamaq olar.en cox xowuma gelen kinodu. Qemlo men duz coreyi tapdaliyan adam deyilem.))))
Ruslan Lachinsiz tərəfindən 04-08-2015 04:48:51 tarixində yazıldı
kərbalayi...
- Topun yox ,topxanan yox Kərbalayı.! - Namusumuz- qeyretimiz var Bəy!
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2019 07:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru