Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2015
11:55
544
Sürücülərə qarşı inzibati tədbirlər görüləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin yerli qurumları ilə birlikdə hər il olduğu kimi bu il avqust ayında respublika ərazisində “Təmiz hava” tədbirləri həyata keçirəcək.

ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, əsas məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirməsi, dəymiş ziyanın ödənilməsinin təmin edilməsi, təqsirkar şəxslər barədə inzibati qaydada tədbirlərin görülməsidir.

Ekologiya aylığı çərçivəsində ETSN və Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları Bakı şəhərində havanın mühafizəsi haqqında qanunun tələblərinə əməl olunmasına nəzarət etmək məqsədilə nəqliyyat və avtonəqliyyat vasitələrində yoxlamalar aparacaqlar.

Yoxlamaya cəlb olunmuş avtomobillərdə atmosferə atılan zərərli maddələrin miqdarının artıq olduğu aşkar edilərsə, bu avtomobillərin sürücülərinə qarşı inzibati qaydada tədbirlər görüləcək. Bundan başqa “Təmiz hava” aylığı tədbirləri çərçivəsində ETSN əməkdaşları tərəfindən müəssisə və təşkilatlarda ekoloji təbliğat işləri aparılacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
7

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
107

Klublarımızın yay transferləri

23

Avqust
11:32
İDMAN
78

Hacıqabulda mikroavtobus qəzaya düşdü - 8 yaralı

23

Avqust
11:07
HÜQUQ,HADİSƏ
86

Bağdadi öz varisini təyin edir

23

Avqust
10:59
DÜNYA
145

Rusiyanın cənubunda ölümcül xəstəliklər yayılıb

23

Avqust
10:39
AİLƏ, SAĞLAMLIQ
94

DİM abituriyentlərə müraciət edib

23

Avqust
09:50
ELM / TƏHSİL
129

23 avqust tarixinə AMB-nin valyuta məzənnələri

23

Avqust
09:35
İQTİSADİYYAT
99
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 12:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru