Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyul

2015
09:48
Azərbaycanda bu polislərə ELEKTROŞOK gəzdirmək hüququ verildi - SİYAHI

Azərbaycan Respublikası Nazirlər Kabineti "Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin Siyahısı"nı təsdiq edib.

FaktXəbər Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş nazir Artur Rasi-zadənin imzaladığı qərara əsasən, elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı aşağıdakı kimidir:

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Komendant Xidmətinin rəisi, inzibati binaların təhlükəsizliyini təmin edən nizami polis hissəsinin komandiri, komandirin müavini, xidmət üzrə baş inspektoru, xidmət üzrə inspektoru, manqa komandirləri və polis nəfərləri.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı nizami polis hissələrinin komandirləri, komandirlərinin müavinləri, sıravi, kiçik, orta və böyük rəis heyətindən olan digər əməkdaşları.

3. Azərbaycan Respublikasınыn Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan nizami polis hissələrinin (alay, tabor, bölük, taqım, manqa) komandirləri, komandirlərinin müavinləri, xidmət üzrə baş inspektorları.

4. Müvəqqəti saxlama yerlərinin konvoy xidmətlərinin əməkdaşları.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3463

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 16:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru