Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2015
21:18
1694
`Seltik`-`Qarabağ` oyunu yayımlanmayacaq

FaktXəbər-in məlumatına görə, bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Seltik"-"Qarabağ" matçı Azərbaycan Televiziyası ilə canlı yayımlanmalı idi. Artıq bununla bağlı qarşı tərəflə danışıqlar aparılmış və ilkin razılıq əldə olunmuşdu. Hətta oyunun göstəriləcəyi ilə bağlı anons da hazırlanmışdı. Ancaq yayım baş tutmaya bilər. Belə ki, Şotlandiya təmsilçisi son anda qarşılaşmanın yayım hüququnu satmaqdan imtina edib. Şotlandlar səbəb kimi çox gülünc məntiqə əsaslanırlar. Onlar guya Azərbaycanda internet saytlarının qanunsuz olaraq İdman Azərbaycan kanalını onlayn olaraq öz səhifələrində yerləşdirilməsini əsas gətirərək qarşılaşmanın ölkəmizdə göstərilməsini istəmirlər. Belə olan təqdirdə "Seltik" tərəfi Şotlandiyada da görüşün bu saytlar vasitəsilə izləniləcəyini qanunsuz hesab edir. İdman Azərbaycan kanalı hal-hazırda oyunun canlı yayımlanması üçün Şotlandiya klubu, habelə oyunu həmin ölkədə yayımlayacaq telekanalla danışıqları davam etdrir. Ancaq telekanal rəhbərliyi onu da bildirir ki, əgər "Seltik" rəhbərliyi oyunun yayım hüququnu Azərbaycan televiziyasına verməkdən imtina etsə, o zaman artıq AZTV-dən asılı olmayan səbəblər üzündən "Seltik"-"Qarabağ" matçı canlı göstərilməyəcək. Və bu yayımın baş tutmamasına görə, bütün məsuliyyət "Seltik" klubunun üzərinə düşür.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
77

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1340
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru