Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyul

2015
10:35
Azərbaycana gətirilən mobil telefonların qeydiyyat müddəti azaldılıb

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkəyə gətirilən mobil telefonların IMEI-kodlarının qeydiyyat müddətini 60 gündən 30 günə kimi azaldıb. 

Nazirlikdən FaktXəbər-ə verilən məlumata görə, əvvəl qeydiyyat müddətinin uzadılması ilə bağlı qərarın qəbul edilməsinə səbəb Avropa Oyunları ilə əlaqədar mobil telefondan istifadə zamanı istifadəçiləri problemsiz rabitə ilə təmin etmək olub.

Hazırda respublika ərazisinə gətirilən mobil qurğuları 30 gün ərzində qeydiyyatdan keçirmək lazımdır. Bu qayda Azərbaycana gələn, mobil telefonların rouminq xidmətindən istifadə edən turist və qonaqlara tətbiq edilmir.

Qeyd edək ki, şəxsi istifadə üçün gətirilən mobil qurğunun IMEI-kodunun qeydiyyatının qiyməti 5 manat, kommersiya satışı üçün isə 0,2 manatdır.

Bundan başqa, mobil qurğunu "Elektron hökumət" (e-gov.az) portalı və imei.az saytının köməyi ilə qeydiyyatdan keçirmək mümkündür. Qeydiyyat 24 saat ərzində həyata keçirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
7811

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
6599

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
8218

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
8084

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
11827

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
7842
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-07-2020 07:57





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru