Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2015
14:23
İŞİD-in polisi olmuş bu qadın qruplaşmadakı cinayətlərdən danışıb -VIDEO

FaktXeber.com-un “Daily Mail” qəzetinə istinadən verdiyi məlumata görə, İŞİD sıralarında olan, adının çəkilməsini istəməyn Leena ləqəbli xanım terror qruplaşmasının Suriyanın Deyr Əz-Zur şəhərində “Hisbə” adlı qadın polisi vəzifəsində çalışıb.

Leenanın sözlərinə görə terror qruplaşmasında cinayətkarlıq və vəhşilik onun İŞİD-dən ayrılmasının əsas səbəbi olub.

O, deyib: “”Hisbə” polisinin qadın qazilərindən biri orqanda çalışan digər bir qadının həyat yoldaşına gözü düşdüyü üçün onun edam edilməsini istəmişdi. Məqsəd isə o qadın öldükdən sonra onun əri ilə evlənmək idi. O, rəqibi olan xanımı dinsizlik və İŞİD-ə vəfalı olmamaqda günahlandıraraq, həmin qadının şəxsən özü tərəfindən boynunun vurulmasını istəmişdi. Ancaq Əbu-Bəkr Əl-Bəğdadi onun bu istəyi razılaşmadı. Əvəzində isə ona casusluqda ittiham olunan digər polis qadının başının kəsilməsi iznini verdi. Belə ki, həmin qadın edam olunduqdan sonra onun kəsilmiş başını nəzərdə tutulan qadına və həyat yoldaşına hədiyyə olaraq göndərilsin.”

Leena sözünün davamında vurğulayıb: “Qorxu ilə dolu dəhşətli mühit İŞİD-in nəzarətində olan bütün yerlərə hakimdir. Onlar azyaşlı uşaqları xəbərçilik üçün istifadə edir və oğurlanan İzədi qadınları cinsi kölə kimi bir-birlərinə hədiyyə edirlər”.

Leena Hisbə polisində İngiltərədən olan 5 xanımın çalışdığını bildirərək, qeyd edib ki, biz elə bilirdik onlar canlarını fəda etmək üçün ora gəliblər. Ancaq sonradan bəlli oldu ki, adıçəkilən qadınlar əslində pul, qızıl və özlərini cinsi köləliyə atmaq üçün oraya gəliblər.

2ACC04BD00000578-3173264-image-m-35_1437746493966

2ACC04D500000578-3173264-image-m-40_1437746991443

2ACC04DD00000578-3173264-image-a-36_1437746508864

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3463

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2612

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2007

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1771
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-03-2020 16:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru