Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 İyul

2015
09:33
Anar Qasımlı: Mövsüm Səmədov saxlanma şəraitindən narazıdır

Şənbə günü Azərbaycan İslam Partiyasının (AİP) həbsdə olan sədri Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə ciddi rejimli qapalı Qobustan həbsxanasında görüşü baş tutub. Vəkilin sözlərinə görə, Mövsüm Səmədov saxlanma şəraitindən şikayətlənib. Ona qarşı təzyiqlərin gündən-günə gücləndiyini, tam təcridolma şəraitində saxlanıldığını deyən müvəkkilinin əsas narazılığının əvvəlki kimi ölkədə və dünyada baş verən ictimai-siyasi proseslərdən xəbərsiz qalması olduğunu vurğulayıb.

Anar Qasımlı Mövsüm Səmədovun mənəvi durumunun qaydasında olduğunu, amma səhhətində bəzi problemlərin qaldığını, əqidə dostlarına və tanışlara salam göndərdiyini deyib.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2018 05:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com