Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyul

2015
11:19
“Bakıda polis oğurluq üstündə tutuldu” xəbərinə DİN-dən reaksiya

Dünən “Bizim Yol”da dərc olunan “Bakıda polis oğurluq üstündə tutuldu” xəbərinə Daxili İşlər Nazirliyindən münasibət bildirilib.

Nazirliyin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadənin sözlərinə görə, mağazaya müştəri kimi daxil olan polisin məqsədi oğurluq etmək olmayıb: “Polis əməkdaşının oğurluqda ittiham olunması alıcı ilə satıcı arasında olan anlaşılmazlıqdan irəli gəlir. Polis oğurluq etməyib. Onu da deyim ki, şikayətçinin müraciəti ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır”.

Verilən xəbərə görə, Səməd Vurğun 60 ünvanında yerləşən  «AF Sentr» Ticarət Mərkəzində fəaliyyət göstərən «İrobot» şirkətinin mağazasında oğurluq hadisəsi baş verib.  Mağazaya müştəri kimi daxil olan Quba Rayon Polis şöbəsinin əməkdaşı Fərid Əliyev aksessuar komplektini oğurlamaqda ittiham olunurdu. Belə ki, satıcı müştərinin hərəkətindən şübhələndiyi üçün nəzarət kamerasına baxıb və onun komplekti oğurladığını görüb. Dərhal hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2242

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 19:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru