Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2015
16:17
2224
`Qarabağ`ın bu gün keçiriləcək matçı ilə bağlı xoşagəlməz durum
"Ümid edək ki, “Qarabağ” matçına qədər çatışmazlığı aradan qaldıracağıq"

Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində Monteneqronun "Rudar" klubu ilə Ağdamın "Qarabağ" klubu arasında baş tutacaq matçın yayımı sual altındadır.

Bu barədə İdman Azərbaycan TV-nin aparıcısı İsmayıl Abdullayev öz şəxsi Facebook səhifəsində məlumat verib:

""Rudar" - "Qarabağ" matçı "İdman Azərbaycan" və ya AzTV vasitəsiylə birbaşa olaraq yayımlanmaya bilər. Təbii ki, bu hələ ehtimaldır. Amma bunun günahkarı biz deyilik. Əgər əvvəldən yayım hüququ bizə verilsəydi, belə problem olmazdı ve oyunun anonsu da bir neçə gün əvvəldən efirə gedərdi. Yenə də ümid edək ki, Çempionlar Liqasındakı yeganə təmsilçimiz olan “Qarabağ” matçına qədər çatışmazlığı aradan qaldıracağıq və hər birimiz görüşü izləyə biləcəyik!".

Qeyd edək ki, qarşılaşma bu gün Bakı vaxtı ilə saat 23:45-də baş tutacaq. Bu komandalar arasındakı ilk matçda hesab açılmamışdı.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
521

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru