Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyul

2015
14:57
Azərbaycanda döyülən polisin görüntüləri: ALNINDAN VURUBLAR - VİDEO

Göygöl rayonunda iki polis əməkdaşı xidməti vəzifələrini yerinə yetirərkən döyülüblər. 

Hadisə iyulun 21-nə keçən gecə rayonun Çaylı kəndində qeydə alınıb.

 Göygöl Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin tədqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar axşam Çaylı kəndinə gediblər. Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər gecə saat 12:00 radələrində Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 Həkim-travmotoloq Sahin Quliyev yaralılar barədə danışıb:

“Gətiriləndə Raminin vəziyyəti lap ağır idi. Huşsuz idi. Habilin də təpə və döş qəfəsi, sinəsi və digər hemotom travmalar. Vəziyyətləri orta ağır və kafidir”.

 Qeyd edək ki, polis əməkdaşları aldıqları zədələr səbəbindən danışmaqda çətinlik çəkirlər və bu səbəbdən onlardan hələlik ətraflı ifadələr alınmayıb.

İlkin məlumata görə, polis əməkdaşları Çaylı kəndinə vətəndaşın şikayəti ilə bağlı gediblər. Onlara zor tətbiq edənlər isə elə barələrində polisə şikayət daxil olan iki şəxs - bir ailənin yeznəsi və qaynı olublar. Hadisənin təfərrüatları öyrənilir.

Daxili İşlər Nazirliyi (DİN) Göygöl rayonunda polis əməkdaşlarına qarşı fiziki zor tətbiq edilməsi ilə bağlı açıqlama yayıb. FaktXəbər-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 20-si saat 20 radələrində Göygöl rayonunun Çaylı kəndində, kənd sakinləri Rəşid Əliyev, oğlu Rəşad və yaxın qohumları Rövşən Həsənov sərxoş vəziyyətdə ictimai qaydanı kobud şəkildə pozduqları üçün ərazidə xidməti vəzifələrini yerinə yetirən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Habil Əliyev və Ramin Həmidov onları intizama dəvət ediblər. Polisin qanuni tələbinə riayət etməyən qayda pozucuları öz qanunazidd hərəkətlərini davam etdirərək asayiş keşikçilərinə qarşı fiziki zor tətbiq ediblər. Dərhal görülmüş tədbirlər nəticəsində onların hər 3-ü zərərsizləşdirilərək saxlanılıblar.

Faktla əlaqədar rayon prokurorluğunda CM-nin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilən xuliqanlıq) maddələri ilə cinayət işi qaldırılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3873

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2795

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 08:10



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru