Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 İyul

2015
11:05
Cəlilabad - Yardımlı avtomobil yolu çöküb FOTOLAR

İki rayonu birləşdirən Cəlilabad -Yardımlı avtomobil yolunda baş verən torpaq sürüşməsi yolda keçilməz uçurumlar yaradıb.

Ərazidə nəqliyyat vasitələrinin hərəkətini təmin edən yeganə alternativ yol isə təhlükəli vəziyyətə düşüb.

Qeyd edək ki, Cəlilabad-Yardımlı avtomobil yolunda bir müddət əvvəl torpaq sürüşməsi baş verib. Yolun  Cəlilabad rayonunun Pərdi kəndindən keçən hissəsi 70 metr uzunluğunda dağılaraq çöküb. 

Nəqliyyat vasitələrinin  hərəkətinin təmin olunması üçün ərazidə çəkilmiş alternativ yol da tədricən dağılaraq sıradan çıxmaqdadır. Sürücülərin sözlərinə görə, yağıntıların intensiv xarakter alacağı təqdirdə ərazidə torpaq sürüşməsinin əhatəsinin  bir neçə dəfə genişlənəcəyi istisna olunmur. Nəticədə isə 30-dan yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqəsi kəsilməsinə səbəb ola bilər.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Asif Əzizov APA-nın yerli bürosuna açıqlamasında sürüşmə zonasına mütəxəssislər  tərəfindən baxış keçirildiyini, vəziyyətin qaydaya düşməsindən ötrü tezliklə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dərsliklər təhvil verilmə vaxtı məlum oldu

02

İyun
17:31
ELM / TƏHSİL
250

İyunun 3-də dolların manata qarşı məzənnəsi

02

İyun
17:23
İQTİSADİYYAT
197

DİN metrodakı hadisə ilə bağlı açıqlama verdi

02

İyun
16:58
HÜQUQ,HADİSƏ
273

Masallının prokuroru işdən çıxarıldı

02

İyun
16:18
HÜQUQ,HADİSƏ
287

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
247

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
528
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-06-2020 03:23





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru