Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 İyul

2015
12:52
Əfv siyahısı təqdim edildi - AÇIQLAMA

İctimaiyyətin Ramazan ayında əfv olacağına ümidlər böyükdür. Lakin  bu barədə hələ ki, rəsmi heç bir qərar yoxdur. Məhbusların azad olunması istiqamətində işlər aparan İşçi Qrupu da bu yay istirahət etməyi seçib.
 
Məsələ ilə bağlı qrupun üzvü Səidə Qocamanlı öz açıqlamasında bildirib ki, onlar məhbusların adları olan siyahını Əfv Komissiyasına təqdim ediblər. Lakin siyahıda kimlərin adının olmasını S.Qocamanlı bildirməyib:
 
“Ramazanda əfv sərəncamının olacağını təbii ki, biz də  gözləyirik. Ümumiyyətlə, bu məsələ ölkə başçısının səlahiyyətində olan bir işdir.  Bu baxımdan öncədən dəqiq nə isə heç kim söyləyə bilməz. Biz siyahımızı  hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Payız aylarında İşçi Qrupunun növbəti toplantıları olacaq. Yay fəsli olduğu üçün bu aylar ərzində İşçi Qrupunun toplantıları keçirilməyəcək”.
 
Qeyd edək ki, ölkə başçısı İlham Əliyev sonuncu əfv sərəncamını bu il martın 18–də imzalayıb. Bu sərəncamla 97 nəfər məhbus azadlığa buraxılıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
238

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
326

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 09:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru