Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyul

2015
13:21
Xızıda həkimi öldürərək yandıran keçmiş polis işçisi olub?

Bakının Xətai Rayon Polis İdarəsi tərəfindən iyunun 26-dan itkin düşmüş kimi axtarışa verilən Natəvan Əliyevanın qətlində şübhəli bilinən şəxs saxlanılıb.

Qadını yandıraraq öldürməkdə şübhəli bilinən 34 yaşlı Samir Səməndər oğlu Əliyev Xızı rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Samir Əliyevin keçmiş polis işçisi olduğu bildirilir və o, Natəvan Əliyevanın keçmiş həyat yoldaşı olub.

Xatırladaq ki, 6 iyul gecə saat 01.30 radələrində Bakı - Quba yolunun 55-ci kilometrində, yolun sağ hərəkət hissəsində yandırılmış naməlum qadın meyiti tapılıb.

Xızı rayonunun hüquq mühafizə orqanlarının əməkdaşlarının keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində naməlum qadının şəxsiyyəti bir neçə saat içində müəyyən edilib. Meyitin 1981-ci il təvəllüdlü Bakı sakini Natəvan Əliyevaya məxsus olduğu bəlli olub.

34 yaşlı N.Əliyeva paytaxtda fəaliyyət göstərən xəstəxanaların birində həkim işləyib. Onun üç uşaq anası olduğu bildirilir. 

Qadının bu il iyun ayının 25-dən 26-na keçən gecə paytaxtın Xətai rayonunda itkin düşməsi barədə polisə ərizə daxil olduğu da məlum olub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3898

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2242

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1892
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 18:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru