Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2015
22:56
618
`Əfv komissiyası iclasda oturub əl qaldırmaqla məşğuldur`
Mirvari Qəhrəmanlı: "Bu komissiya həmkarlar təşkilatları yanında olan çoxlu sayda, lakin fəaliyyətsiz komissiyaya bənzəyir"

Əfv Komissiyasının üzvü olan xalq şairi Zəlimxan Yaqub deyib ki, əfv komissiyası ildə iki dəfə yığışır və bu il növbəti əfv sərəncamının 31 dekabrda olacağı gözlənilir.

Xalq şairinin bu cavabı məhbus ailələrinin intizarını daha da artırıb və ümumiyyətlə cəmiyyətdə dövlətin əfv siyasətində sanki bir anormallıq hökm sürdüyü qənaəti formalaşıb.

Tanınmış hüquq çüdafiəçisi, bir müddət öncə siyasi məhbus məsələləri üzrə yaradılmış Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı məhbus ailələrinin xahişi əsasında aşağıdakı sualı cavablandırıb:

"Siz bir peşəkar kimi nə təklif edirsiniz, ümumiyyətlə mexanizm necə olmalıdır ki, millət tapmaca axtarmaq zorunda qalmasın?

M. Qəhrəmanlı da cavabında bizim haqlı olduğumuzu isbatlamış olub:

"Əfv Komissiyasının üzvləri dəyişməlidir. Yəni, ümumiyyətlə ölkədə hər hansı qurum, İctimai komitə, işçi qrupu və. s yaradılarkən onun tərkibinə ciddi fikir verilməlidir. Çünki Komanda - əsas amildir. Həmin Komissiyada isə ən aktiv - heç bir səlahiyyəti olmayan katiblikdir. Komissiyanın da özünün marağı olmalıdır ki, daha çox insanlar bağışlanılsın. Bunun üçün onlar aktiv olmalıdırlar. Sadəcə arabir çağırılan iclaslarda oturub əl qaldırma ilə məşğul olmamalıdırlar. Komissiyanın əsasnaməsinə yenidən baxılmalı, üzvlər yenidən seçilməlidir. Əgər bağışlanma müsbət bir gediş olmasaydı, Allah insanları heç vaxt bağışlamazdı. Bu komissiya həmkarlar təşkilatları yanında olan çoxlu sayda, lakin fəaliyyətsiz komissiyaya bənzəyir. Ona görə də bir daha təkrar edirəm, bu komissiya tam tərkibdə buraxılmalı, cəmiyyətin daha aktiv, ictimaiyyətin tanıdığı və inandığı adamlardan yenidən formalaşdırılmalıdır."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
327

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
193

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
215

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
239

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
292

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
226
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 08:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru