Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2015
22:16
Heydər məscidini polis üç tərəfdən qoruyacaq - FOTO

Heydər məscidini üç tərəfdən polis qoruyacaq. Bunu məsciddə gündəlik namazların icraçısı - imam Hafiz Abbasov deyir.

Onun sözlərinə görə, Heydər məscidi xüsusi qorunan obyektlər siyahısına daxil edilib. Ona görə də gecə-gündüz mühafizə olunacaq. Səbəbini belə izah edir: “Böyükdür, yenidir, xüsusi tikilidir, ona görə də qorunacaq”.

Günü bu günsə məscidi hərbi geyimdə olan mühafizəçilər qoruyurlar. Açılışı ötən ilin dekabrında olan, amma qapısı hələ də bağlı qalan Heydər məscidi Azərbaycanda ən böyük ibadət evidir. Üçmərtəbəli tikilidə 5-7 min arası müsəlmanın namaz qılacağı deyilir. Onun üst qatı xanımlar üçün ayrılıb.

Məscidin dörd minarəsi var, hər biri 95 metrdir. Hafiz Abbasovun sözlərinə görə, Qafqazda ən hündür minarə Heydər Əliyevin adına olan məscidə məxsusdur.

Hafiz Abbasov onu da deyir ki, məscid hər iki məzhəbə mənsub olanların üzünə açıq olacaq. Burda həm imam, həm də axund fəaliyyət göstərəcək.

O ki qaldı məscidin nə zaman açılacağına, bunu dəqiq bilən yoxdur.

Mühafizəçilərdən biri onun Ramazan bayramında istifadəyə veriləcəyini söyləsə də Hafiz Abbasov deyir ki, bu haqda göstəriş yuxarı qurumlardan gəlməlidir: “Bu suala bəlkə də doğru cavabı məscid-kompleksin rəhbəri Sabir Həsənli verə bilərdi. Ancaq onun da özünü pis hiss etdiyini, “sistem altından qalxıb güclə işə gəldiyini” söyləyirlər”.

Hafiz Abbasov dini ayinlərin icrası üçün xırda-para işlərin qaldığını, onlar başa çatan kimi məscidin hamının üzünə açılacağını bildirir.

Məscidin qapısı açıq olmasa da geniş həyəti – 12 hektar ərazidə yerləşir - fəvvarələr, ətrafdakı ağ skamyalar, yaşıllıq diqqəti cəlb edir. Ara-sıra adi adamlar bura gəlib tikili ilə maraqlanır. Üç nəfər yaşlı xanım da Heydər məscidinin sorağını eşidib tamaşasına gələnlərdəndir.

Esmira Bağırovanın dediklərindən: “Gəlmişik bu məscidi ziyarət edək. Əhya günüdür. Allah hamıya kömək olsun, hamının orucu qəbul olunsun. Bu məscidə birinci dəfədir gəlirik. İnşallah, açılar, biz onda da gələrik”.

Afət Quliyeva və Xuraman Mehdiyeva da ona qoşulublar: “Ziyarətə gəlmişik. Eşitdik ki, Heydər Əliyev məscidi tikilib, dedilər gözəldir, biz də deyilənlərin doğruluğunu bilmək üçün onu ziyarətə gəldik. Gözəl məsciddir. Allah prezidentimizi qorusun”.

Elşən Məmmədov məscidin tikintisində iştirak edənlərdəndir. O deyir ki, burda namaz qılmaq istərdi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytındakı məlumata görə, Azərbaycanda 2054 məscid var, onlardan 135-i Bakı şəhərində yerləşir.

Bu məlumatda 1990-cı ildən indiyədək ölkədə 814 məscid inşa olunduğu, 306 məscidin dövlət tərəfindən tarixi abidə kimi qorunduğu da bildirilir. 

Rəsmi məlumata görə, 1993-2003-cü illər ərzində ölkədə 517 məscid tikilib, 200-ə yaxın məsciddə əsaslı təmir işləri aparılıb, 16 məscid yenidən qurulub. 

Bundan başqa, 2003-2013-cü illərdə ölkədə 216 məsciddə əsaslı təmir və yenidənqurma işləri aparılıb, dövlət vəsaiti hesabına 10 məscid tikilib və ya əsaslı bərpa olunub. 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47209

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45440

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47025

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46620

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52191

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46317

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46741
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2020 01:19





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru