Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 İyul

2015
10:26
Təcili tibbi yardım həkimlərinin həyatı təhlükədə - VİDEO

Xəzər rayonu, Binə qəsəbəsi, Yeni Sahə adlanan ərazisində 10 saylı təcili tibbi yardım stansiyasının həkimi Şəfəq Alıyevanın boğazına bıçaq dirənilib.

Çağırış zamanı əraziyə gedən həkim xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Bu zaman xəstənin oğlu həkimlərin gec gəldiyini deyərək həkimin boğazına bir neçə dəfə bıçaq dirəyib və kəsəcəyilə hədələyib.

Hadisə barədə həkimlər polisə müraciət ediblər və təcili tibbi yardım maşını ilə stansiyaya qayıdıblar. Məlumatda bildirilir ki, həkimi hədələyən şəxs həkim briqadasının dalınca gələrək yenidən hədə-qorxu gəlib.

Təcili Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyev baş vermiş hadisəyə aydınlıq gətirib:

“Təcili tibbi yardım zamanı bu cür hallara tez-tez rast gəlinməsə də təssüf ki, belə hallar baş verir. Faktla bağlı Səhiyyə Nazirliyinin rəhbərliyi, Daxili İşlər Nazirliyinə rəsmi şəkildə müraciət edib. Çağrışın stansiyaya daxil olması və briqadanın ünvana çatması 15-20 dəqiqə vaxt alır. Xəstənin adamlarına bu müddət bir qədər uzun gəlir. Tutaq ki, gecikmə halı baş veribsə belə həkimə güc tətbiq etmək qanunla yol verilməzdir”.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsinində araşdırma aparılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
387

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru