Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2015
17:43
752
“Qüds və Qarabağ eyni dərddə” adlı konfrans keçirildi

Azərbaycan İslam Partiyasının təşkilatçılığı ilə “Qarabağ və Qüds eyni dərddə” mövzusunda elmi praktik konfrans keçirildi. Partiyanın siyasi məsələlər üzrə sədri Akif Heydərli tədbiri açaraq Qarabağla Qüdsün eyni dərddə olduğunu söylədi və Qüds Gününün tarixi ilə bağlı açıqlama Verdi: «Bu gün dünyadakı bütün azadlıqsevər insanlar vəhdət şəklində zülmə etiraz edirlər».

Sonra söz AİP sədri Elçin Manafova verildi. O, Qüdslə Qarabağ eyni dərddə olduğunu bildirdi və məhbəsdə olan dindarlarla bağlı fikirlərini səsləndirdi: “Bu gün bizim əqidə dostlarımız haqqı dedikləri üçün məhbəs həyatı yaşayırlar”.

Nardaran ağsaqqlı, AİP-in sabiq sədri Hacıağa Nuriyev ümumdünya Qüds Gününün Azərbaycandakı tarixinə toxundu və nə qədər ki, Qüds azad edilməyib, bütün islam dünyasının işğalda olduğunu dedi.

Daha sonra söz  şərqşünas alim, politoloq Zərdüşt Əlizadəyə verildi. O, islam aləmindəki bütün problemlərin kökünü müsəlman  ölkələrində savadsızlığın tüğyan etməsi ilə əlaqələndirdi.

DEVAM sədri İlqar İbrahimoğlu isə Qüds Gününü ictimai siyasi əhya adlandırdı: «Qüds Günü son əsrlərdə dünyada gedən dini inancı, Allaha etiqadı kənara qoyan dünya sisteminə qarş bir etirazdır. Qüds günü tövhidin təzahürüdür».

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Qüds Gününü islam torpaqlarının azadlığı üçün, müsəlmanalara qarşı zülmə etiraz üçün vəhdət şəklində mübarizə günü adlandrdı.  

Qarabağ Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli dünyada gedən siyasi proseslərin daha çox ədalətsizlik, güclünün gücsüzə zülmü kimi xarakterizə etdi:“Qüds Günü bu ədalətsizliklərə qarşı etiraz günüdür. Qüds Günü Qarabağ günüdür, Şuşa günüdür, Kosova günüdür, Fələstin günüdür. Bu simvolik olaraq seçilmiş addır”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn isə tədbirdə partiya adından ölkə başçısına bəyanatla müraciət etməklə bağlı təkliflə çıxış etdi.

İlhiyyatçı  alimi Zülfüqar Mikayılzadə Qüdsi Məkkə ilə müqayisə etdi və bu müqəddəs məkanın azad edilməsindən danışdı.

 ADP sədri Sərdar Cəlaloğlu islam dünyasında yaranmış problemlərin ortaya çıxma səbəbini diqqətli şəkildə araşdırmağın gərəkliyindən danışdı.

AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova bütün insansevərləri, azadlıqsevərləri Qüds Günündə mübarizəyə səslədi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
20

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
88
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 18:27



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru