Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2015
15:23
1943
Eynulla Fətullayevilə Rasim Musabəyov arasında qarşıdurma qızışır
"Məni öldürməyə cağırır"

Jurnalist Eynulla Fətullayev deputat Rasim Musabəyovun çağırışı ilə bağlı ölkənin baş prokuroru Zakir Qaralova, milli təhlükəsizlik naziri Eldar Mahmudova və daxil işlər naziri Ramil Usubova müraciət edib.

Virtualaz.org saytı xəbər verir ki, E.Fətullayev öz müraciətində bildirir ki, R.Musabəyovun Elmar Hüseynovun qətli işi müqayisə aparması bir çox suallar və narahatlıq doğurur: “Belə çıxır ki, jurnalistin qatillərinin adı Musabəyova məlumdur. İndi o, parlament seçkiləri ərəfəsində digər jurnalistə divan tutmaq çağırışı ilə çıxış edir”.

E.Fətullayev istintaq orqanlarını deputat Rasim Musabəyovu Elmar Hüseynovun qətli işi ilə bağlı təcili şəkildə sorğu-sual etməyə, habelə parlament seçkiləri ərəfəsində öz təhlükəsizliyini təmin etməyə çağırıb: “Görünür, Musabəyovun bağlı olduğu və maraqlarını müdafiə etdiyi bəzi xarici qüvvələr Azərbaycanda parlament seçkiləri ərəfəsində yeni iğtişaş və qarışıqlıq planlaşdırır. Bu da ciddi narahatlıq doğurur. Hüquq-mühafizə orqanları ən azı jurnalistin qətlinə çağıran deputatın əsas götürdüyü motivləri aydınlaşdırmalıdır”.

***

Milli Məclisin üzvü Rasim Musabəyov jurnalist, virtualaz.org və haqqin.az saytlarının rəhbəri Eynulla Fətullayevin onun barəsində yazdığı müəllif yazısına olduqca qeyri-adekvat, əsəbi, hətta mafiya üslubunda cavab verib.

Virtualaz.org saytı xəbər verir ki, deputat jurnalistin onun siyasi keçmişinə nəzər salan və “Mən həmişə Əliyevə qarşı işləmişəm...” başlıqlı məqaləsinə cavab olaraq facebookda onu Elmar Hüseynov kimi qətlə yetirməyə çağırıb.

Bu ictimai-siyasi xadim, keçmiş müsavatçı, qərbmeylli liberal və deputat mandatı daşıyan şəxs jurnalistə qarşı küçə leksikonunu işə salıb və normal siyasi tənqidə tənqidlə cavab vermək əvəzinə özünün facebook səhifəsində onun ünvanına söyüşlər yağdırıb.

KQB sədrinin müavininin kürəkəni olan Musabəyov əsl Bakı bolşeviklərinin və Beriyanın üslubunda aşağıdakı sözləri yazıb: “Eynulla Fətullayev ölmək üçün yetişib. Əgər Elmar Hüseynovun ölümünə əksəriyyət kədərləndisə, Eynulla gəbərəndə bu alçağı tanıyan hər kəs deyəcək - itə it ölümü yaraşır”.

Deputatın bu qalmaqallı bəyanatına reaksiya verən Eynulla Fətullayev bildirib: “Nəhayət, həqiqət anı gəlib çatdı - bütün Azərbaycan Rasim Musabəyovun aşıb-daşan  ziyalılığını gördü. Mənim məqaləmdə onun haqqında bir dənə də olsun təhqiramiz söz yox idi. Mən sadəcə olaraq ona güzgüyə baxmağa və öz keçmişinə nəzər salmağa kömək etmişəm. Və inanın ki, mən bu adamın keçmişi və indisi haqda bildiklərimin çox az qismini yazmışam. Onun təhdidlərinə və məni öldürmək çağırışlarına gəldikdə isə deyə bilərəm ki, bu yaşlı və aciz adamın halına acıyıram.

Arqumentlər bitəndə insanlar silah gücünə əl atır. Musabəyov heç nəyə etiraz edə bilmədi-axı səni qəbrə qədər izləyəcək keçmişinə necə etiraz edəsən. Öz səhvlərini etiraf etmək və elədiklərinə görə səmimi şəkildə üzr istəmək heç vaxt gec deyil. Allah bağışlayandır”.

Qeyd edək ki, Cinayət Məcəlləsində qətllə təhdid etmək və ya qətlə təhrik etmək konkret cinayət əməli kimi qiymətləndirilir. Deputat Rasim Musabəyov özünün facebook səhifəsində Eynulla Fətullayevi açıq-aşkar ölümlə təhdid edib və onun yazılarından narazı qalanları jurnalisti qətlə yetirmək üçün təhrik edib. Maraqlıdır ki, bu cür leksikona və düşüncəyə, təfəkkürə malik biri özünü necə xalqın təmsilçisi kimi təqdim edə bilir?!

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-04-2018 07:46

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com



Рейтинг@Mail.ru

DMCA.com Protection Status