Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 İyul

2015
12:11
565
Ekologiyanın sürücüsüz taksilərlə yaxşılaşdırılması təklif edilir

Sürücüsüz taksilərə keçid müasir avtomobillərin buraxdığı zərərli qazların sayını xeyli azaltmağa və taksi parkları sahiblərinin vəsaitlərinə qənaət etməyə imkan verəcək. ABŞ-ın Berklidə yerləşən Lourens adına Milli Laboratoriyasının alimləri belə düşünür.  
 
Aparılan hesablamalarda alimlər 2030-cu ili nəzərdə tutublar. Onlar həmin vaxtadək sürücüsüz taksilərin nə dərəcədə qənaətcil və ekoloji olmasını müəyyənləşdirsələr də, texnologiyanın qeyd olunan müddətə geniş yayılması ilə bağlı proqnozlar verməyiblər.
 
Təhlilə əsasən, sürücüsüz taksi-elektromobilin 1,6 km məsafəyə buraxdığı istixana qazı şəxsi məqsədlər üçün istifadə edilən 2014-cü il buraxılışlı ənənəvi mühərrikli avtomobillə müqayisədə 90 faiz azalacaq və hibrid mühərrikli fərdi maşınlara nisbətdə 63-82 faiz aşağı düşəcək. Nümunə üçün 2013-cu ildə istehsala buraxılması planlaşdırılan hibrid avtomobil layihələri götürülüb.
 
Müəlliflərin fikrincə, burada əsas rolu taksi parklarında biryerli və ikiyerli sürücüsüz avtomobillərin istismara verilməsi oynayacaq. ABŞ Federal Şose Yolları İdarəsinin məlumatlara əsaslanan mütəxəssisləri müasir amerikalıların əksər hallarda taksini birnəfərlik gediş üçün çağırdıqlarını qeyd ediblər. Kompakt maşınlar elektrik enerjisi sərfiyyatına və onun istehsalı ilə əlaqədar qazların atmosferə buraxılmasına xeyli qənaət etməyə imkan verəcək.
 
İkinci amil elektrik enerjisinin əldə edilməsi üçün daha ekoloji sxemlərin yaradılmasıdır. Elektrostansiyaların ekoloji sxemlərə 2030-cu ildə keçməsi və bunun da qazların buraxılmasını azaltması gözlənilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda taxta bazarı yanır - FOTO - VİDEO

22

Avqust
16:30
HÜQUQ,HADİSƏ
276

Baş prokuror Qubada vətəndaş qəbulu keçirəcək

22

Avqust
16:01
HÜQUQ,HADİSƏ
167

Bərdədə top mərmisi tapılıb - FOTO

22

Avqust
15:18
HƏRB
249

Tofiq Yaqubluya Prokurorluqda xəbərdarlıq edilib

22

Avqust
14:20
HÜQUQ,HADİSƏ
184

Bakıda itkin düşən qız tapılıb

22

Avqust
14:12
HÜQUQ,HADİSƏ
196

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

22

Avqust
12:40
HÜQUQ,HADİSƏ
179

Azərbaycan nefti bahalaşıb

22

Avqust
12:08
İQTİSADİYYAT
200
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-08-2019 02:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru