Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2015
20:17
717
Qalmaqallı rusiyalı milyarder mal-qarasını satıb ailəsi ilə Qarabağa köçdü - FOTOLAR

90-cı illərin ortalarında öz ekstravaqant hərəkətləri ilə məşhurlaşan qalmaqallı rusiyalı milyarder German Sterliqov üç həftə əvvəl arvadı Alyonanı və beş uşağını götürərək Rusiyadan köçüb.  Sterliqov Azərbaycanın işğal altındakı ərazilərində - Qarabağda məskunlaşıb.

Milyarderin köməkçisi Polina bildirib ki, hazırda onlar German Sterliqovun təsərrüfatını satmaqla məşğuldur.

“Hələlik inəkləri, qoyunları, qismən atları satırıq. Evin və torpağın satışı haqda German Lvoviçdən hələ göstəriş almamışıq”- deyə Polina bildirib.

Milyarder özü Qarabağa köçsə də ona məxsus müəssisə Rusiyada çörək bişirməkdə və süd məhsulları istehsal etməkdə davam edir.

“Bizim müştərilər qarşısında öhdəliklərimiz var və onları yerinə yetiririk. Müəssisə işləməkdə davam edir, ancaq German Lvoviç özü nə vaxt gələcək - bunu bilmirik. Yəqin ki, o, özü də bilmir”- deyə şirkətin Viktor adlı meneceri bildirib.

Məlum olub ki, 48 yaşlı German Sterliqov Qarabağda artıq ekoloji təmiz məhsulların istehsalı üçün təsərrüfat yaratmağa başlayıb. Onun yaşayış yerini dəyişib Qarabağa köçməsinin səbəbini açıqlamırlar. Amma köməkçiləri deyir ki, Sterliqov həftədə bir dəfə onlara zəng edir, işlərlə maraqlanır, yeni tapşırıqlar verir.

Milyarder Sterliqov 90-cı illərin əvvəllərindən məşhurdur. O, Rusiyada ilk əmtəə-xammal birjası “Alisa”nın əsasını qoyub və ilk leqal milyonçuya çevrilib.

1993-cü ildə “Alisa” iri holdinqə çevrilib, Rusiyada və xaricdə 84 törəmə müəssisəyə malik olub. 2002-ci ildə Sterliqov Krasnoyarsk qubernatorluğuna namizədliyini irəli sürüb. Bir il sonra isə Moskva meri postuna namizəd olub.

2005-ci ildə Sterliqov Moskvanın zənginlər yaşayan Rublyovka səmtindəki villasını satıb və Moskva ətrafındakı Mojaysk rayonunda torpaq sahəsi alıb. Orada natural təsərrüfatla məşğul olub və özünə ev tikdirib.

2008-ci ilin sonlarında - qlobal iqtisadi böhranın hökm sürdüyü dövrdə Sterliqov yenidən Moskvada biznesə qayıdıb və Antiböhran Əmtəə-Ödəmə Mərkəzini yaradıb, onun baş direktoru olub. Bu mərkəz iştirakçılar arasında barter birjası rolunu oynayırdı. Mərkəzin köməyi ilə banklar öz borc öhdəliklərini sata bilirdi, borclular isə borclarını əmtəə şəklində qaytarırdı.

2009-cu ildə Sterliqovun ortaqları onu günahlandırırdılar ki, mərkəz mal mübadiləsinə dair öhdəliklərini yerinə yetirə bilmir və nəticədə bəzi iştirakçılar ziyana düşür.

Şəbəkənin bəzi iştirakçıları ondan məhkəməyə və prokurorluğa şikayət ediblər. Sterliqovu isə məhkəmədə məşhur moskvalı vəkil Artur Ayrapetov müdafiə edirdi.  Şirkətin aktivlərinə həbs qoyulsa da erməni vəkilin və mətbuatın təzyiqləri nəticəsində bu həbs aradan qalxıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qalatasaray" ilk transferini etdi

21

May
13:00
İDMAN
40

Babək prospektində yol çökdü - FOTO

21

May
12:51
HÜQUQ,HADİSƏ
744

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
51

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
34

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
116

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1861
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 13:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru