Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2015
15:40
Müqavimət Hərəkatı baş separatçının London səfərinə etiraz etdi

“Ən dəhşətlisi dövlətimizin üzərindən terrorçulara yardımlar göstərilməsi, ermənilərin regional və beynəlxalq layihələrə qoşmaq cəhdləri, oyuncaq liderlərini müxtəlif tədbirlərə çağıraraq dünyada tanıdılmasına və legitimləşdirilməsinə çalışmalar deyil, Azərbaycan hakimiyyətinin dostu düşməndən seçə bilməməsi, yaxud bunu istəməməsidir”

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın separatçı lideri Bako Saakyanın Böyük Britaniyaya rəsmən dəvət olunmasına etiraz bəyanatı ilə çıxış edib. Sənəddə deyilir:

“24 ildən çoxdur ki, dövlət səviyyəsində terroru dəstəkləyən Ermənistan hakimiyyəti beynəlxalq hüququn tələblərinə və digər normativ aktlara arxa çevirərək tarixi ərazilərimizin 20 faizini – Azərbaycanın dilbər guşəsi olan Qarabağı və ona bitişik rayonları işğal altında saxlayır, talayır, yandırır; milyondan artıq soydaşımıza divan tutaraq didərgin saldığı torpaqların əvvəl-axır əsl sahiblərinə qaytarılacağını bildiyindən hər cür vəhşiliklərdən, qeyri-insani hərəkətlərdən çəkinmir. Əsrin dörddə-birinə bərabər olan bu zaman kəsiyində ayrı-ayrı Qərb dövlətləri, onların liderləri, siyasətçiləri, qeyri-hökumət təşkilatları bölgənin zəngin karbohidrogen ehtiyatlarından sonacan bəhrələnmək xatirinə yalandan “təcavüzə məruz qalanın yanında olmaq” fonu yaradır, özlərini guya haqq səsimizə dəstək verən kimi göstərir, bir sözlə saxta canfəşanlıq, canıyananlıq nümayiş etdirirlər. Lakin yalançılığın və “qədim peşə” fəaliyyətinin cəmi qırx gün gizlin qala biləcəyini nəzərə alsaq, ötən illər ərzində yırtılan maskaların, üzə çıxan bədnam sifətlərin, yırtıcı xislətlərin sayı hesaba gəlməz. Əslində min dəfələrlə rastlaşdığımız belə hadisələrdən biri də son günlərə təsadüf etdi: Qarabağı cəhənnəmə çevirən erməni quldurlarının başçısı rəsmən İngiltərəyə çağırıldı. Doğrudur, mütərəqqi fikirli insanlar duyuq düşən kimi, ingilis hökuməti nala-mıxa döydü, məsuliyyəti üzərindən atmağa çalışdı, bəhanələr uydurdu ki, Saakyanın dəvəti yalnız qeyri-hökumət qurumları səviyyəsindədir; amma bizlər də, halımıza acıyan azsaylı dostlar da belə şoulardan lap çoxdan bezikmişik”.

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı hesab edir ki: “Ən dəhşətlisi sadalanan faktlar – Qarabağda separatçılığın dəstəklənməsi, dövlətimizin üzərindən terrorçulara silah, canlı qüvvə, maliyyə, digər yardımlar göstərilməsi,  ermənilərin regional və beynəlxalq layihələrə qoşmaq cəhdləri, oyuncaq hökumətlərini, liderlərini müxtəlif tədbirlərə çağıraraq dünyada tanıdılmasına və legitimləşdirilməsinə çalışma halları deyil, Azərbaycan hakimiyyətinin, səlahiyyətlilərimizin dostu düşməndən seçə bilməməsi, yaxud bunu istəməməsidir. Bizə arxadan xaincəsinə zərbə endirənlərin, üzümüzə gülüb ayağımızın altını qazanların, düşmən dəyirmanına su tökənlərin vaxtaşırı musiqi və idman yarışları adı altında Baklya toplaşmalarına - süfrəmizin başında əyləşmələrinə son qoymaq lazımdır”. 

Qarabağ Uğrunda İslami Müqavimət Hərəkatı bir daha xoşagəlməz olayı – baş separatçı Bako Saakyanın Londona rəsmi dəvətini şiddətlə qınayır, qətiyyətlə pisləyir və əlaqədar şəxslərin məsələyə aydınlıq gətirməsini tələb edir!

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6460

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5333

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6841

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6852

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9407

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6542
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-07-2020 09:21





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru