Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyul

2015
13:20
Ermənistan Rusiyadan daha 54 mln. dollar kredit və əvəzsiz yardım alacaq

Ermənistan "Suvarma sistemlərinin müasirləşdirilməsi" proqramı üçün Rusiyadan 40 milyon dollar kredit alacaq.

Ermənistanın maliyyə naziri Qagik Xaçatryanın rəhbərlik etdiyi nümayəndə heyəti Avrasiya Stabilləşmə və İnkişaf Fondunun Moskvada keçirilən iclasında iştirak edib.

Fond Ermənistanın "Suvarma sistemlərinin müasirləşdirilməsi" layihəsinin maliyyələşdirilməsi üçün bu ölkənin müraciətini müsbət cavablandırıb. Kredit illik 2%-lə, ilk 10 ili güzəştli olmaqla, 20 il müddətinə verilib.

Səfər zamanı Q. Xaçatryan rusiyalı həmkarı Anton Siluanovla da görüşüb. Nazirlər Ermənistanın Gömrük İttifaqı və vahid iqtisadi məkana qoşulması üzrə tədbirlərin həyata keçirilməsi məqsədilə Ermənistan Maliyyə Nazirliyinə 14,1 milyon dollar əvəzsiz yardım ayrılması haqqında saziş imzalayıblar.

Xatırladaq ki, ötən həftə Rusiya ilə Ermənistan arasında bu ölkəyə 200 milyon dollar güzəştli kredit ayrılması haqqında saziş imzalanıb. Bu məbləğin Ermənistan ordusu üçün müasir silahlar alınmasına xərclənəcəyi açıqlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Mingəçevirdə civə satan şəxs yaxalandı

23

May
09:27
HÜQUQ,HADİSƏ
389

Atəşkəs 24 dəfə pozuldu

23

May
09:15
HƏRB
321
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-05-2020 05:06





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru