Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 İyul

2015
16:45
1015
Putin Dağlıq Qarabağ münaqişəsini həll edərsə...
Razi Nurullayev: " Azərbaycan birmənalı olaraq Qərblə Rusiya qarşıdurmasında Rusiyanın yanında dayanmağa üstünlük verdi"

“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri, politoloq Razi Nurullayev son zamanlar Azərbaycanın ildırım sürətli hücum planı ilə Dağlıq Qarabağı azad edəcəyinə dair yayımlanmış fikirlərə münasibət bildirib. FaktXəbər-in məlumatına görə, bu barədə danışan R.Nurullayev, "təbii ki, bu xəbərə yalnız düşmən sevinməz. Lakin, müdrikcəsinə düşünən zaman bir çox məqamlara da fikir vermək lazımdır. İlk öncə, onu deyək ki, Azərbaycan hakimiyyəti Qarabağ məsələsində mövqeyini əvvəlki illərə nisbətən daha da sərtləşdirib və belə görünür ki, halqa get-gedə daralmaqdadır. Azərbaycan ordusu da kifayət qədər müasir silahlarla silahlandırılıb və yeni müdafiə nazirinin gəlişi ilə ordu daha da gücləndirilib və döyüş ruhu da yerindədir", - deyə bildirdi. 

R.Nurullayevin fikrincə, Azərbaycan vətəndaşı hər zaman əmin olub ki, o erməni ilə döyüşmür: "Döyüş, əslində Ermənsitanla yox, Rusiya ilə aparılıb. Azərbaycan 20% torpaqlarını müharibədə Ermənistana yox, Rusiyaya uduzub. Buna görə də Ermənistana qalib gəlmək üçün Rusiya faktorunu həll etmək lazımdır. İndiki məqamda əlverişli şərait yarandığına görə bu kimi hücum planları ya doğru, ya da şaiyə olaraq yayılmaqdadır. Rusiya prezidenti Putinin Azərbaycana münasibəti müsbətə doğru dəyişib. Çünki, Azərbaycan birmənalı olaraq Qərblə Rusiya qarşıdurmasında Rusiyanın yanında dayanmağa üstünlük verdi. Putin bunu qiymətləndirir."

Bu məsələlərin fonunda Qərbin Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqenin də ikili standartlara uyğun gəldiyini söyləyin politoloq, "yəni Qərb Moldova, Ukrayna və Gürcüstanda olan münaqişələrə tam fərqli münasibət bəsləyir. Onlara münasibətdə Rusiyanı təcavüzkar adlandırır və torpaqların işğaldan azad olunması üçün əlindən gələni etməyə öhdəlik götürür. Ermənistanı isə təcavüzkar adlandırmır və münaqişəyə də az qala Ermənistanın maraqları prizmasından yanaşır", - dedi: "Belə bir vəziyyətdə, Azərbaycan Rusiya ilə yaxınlaşmaqda həm də Dağlıq Qarabağ münaqişəsini öz xeyrinə həll etmək məqsədini güdür. Rusiya da başa düşür ki,Azərbaycana Qarabağı qaytar və ondan nə dilərsən dilə. Putin Dağlıq Qarabağ münaqişəsini həll edərsə, əvəzində Azərbaycandan Avrasiya İttifaqına qoşulmağı istəyəcək və Azərbaycan da "yox" deməyəcək. Məsələlər bu qədər bəsit və həm də bu qədər mürəkkəbdir."

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
518

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru