Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 İyul

2015
12:22
Azərbaycanın ən məşhur polisləri və övladları — SİYAHI

Bu gün Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ümumiyyətlə, bu peşə Azərbaycanda yetərincə populyar hesab olunur. Azərbaycanda məşhur şəxslər və onların övladları arasında da polis orqanlarında çalışanlar az deyil. Qeyd etmək yerinə düşər ki, polis orqanlarında çalışan məşhur şəxslər arasında idmançılar üstünlük təşkil edir.

Beləliklə,  polis əməkdaşı olan məşhurlar və məşhur övladlarının siyahısını təqdim edirik.

2008-ci il Pekin Olimpiya Oyunlarının qalibi Elnur Məmmədli artıq altı ildir ki, polis əməkdaşıdır. 2009-cu ildə Polis Akademiyasına qəbul olan Məmmədli hazırda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin inspektorudur.

Azərbaycanın əfsanəvi güləşçisi, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayevin isə polisdə təcrübəsi daha çoxdur. 44 yaşlı idmançımız 1992-ci ildə Azərbaycan Bədən Tərbiyəsi İnstitutunu, ardınca Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hazırda DQBİ-nin idman komandasının rəisi, polkovnik-leytenantıdır.

Azərbaycanın ən titullu samboçusu, doqquzqat dünya çempionu Ceyhun Məmmədov 12 ildir Sambo Federasiyasının prezidenti olmaqla yanaşı, polis polkovnik-leytenantı rütbəsi daşıyır. O da Namiq Abdullayev kimi Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb.

Tanınmış aktyor, "Planet Parni iz Baku" KVN teatrının aparıcı üzvlərindən olan Cabir İmanov 16 ildir ki, polis orqanlarında çalışır. 38 yaşlı İmanov hazırda polis polkovnik-leytenantıdır.

Xalq artisti Afaq Bəşirqızının oğlu Səmral Təhməzov da polis orqanlarında çalışır. Ancaq onun hansı rütbə daşıdığını öyrənə bilmədik.

Tanınmış xanəndə, əməkdar artist Bəsti Sevdiyevanın oğlu Ayxan da polis əməkdaşıdır. Tanınmış futbol hakimi, FİFA referisi Fariz Yusifov uzun illərdir polis əməkdaşıdır. O, hazırda polis kapitanıdır.

Pekində keçirilən Olimpiya oyunlarının bürünc mükafatçısı, veteran cüdoçu Mövlud Mirəliyev Şəmkir Olimpiya Kompleksinin direktoru olmaqla yanaşı həm də polis mayorudur.Ölkə.Az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3910

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 22:05



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru