Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 İyun

2015
21:00
34 qəzetə maliyyə yardımı ayrıldı

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

FaktXəbər-in Fonda istinadən məlumatına görə, KİVDF-nin Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası açıq elan edərək gündəlikdəki məsələlər barədə məlumat verib. İclasda 2015-ci ilin II yarısında KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş müsabiqəyə təqdim olunmuş layihə təklifləri müzakirə olunub.

U.Mirzəyev iclasın gündəliyindəki birinci məsələ ilə bağlı sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. V.Səfərli elan edilmiş şərtlər çərçivəsində müsabiqəyə 35 qəzetin sənəd təqdim etdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, ilin birinci yarısında Fonddan maliyyə yardımı almış 33 qəzetdən əlavə, daha 2 mətbuat orqanı - "Hürriyyət" və "Zaman çempion" qəzetləri də layihə təklifləri təqdim ediblər. Müvafiq araşdırmalardan sonra "Hürriyyət" qəzeti də daxil olmaqla, 34 qəzetin layihə təkliflərinin müsabiqənin şərtlərinə uyğun olduğu müəyyən edilib.

Sonra müsabiqənin şərtlərinə müvafiq olaraq təqdim edilmiş sənədlər Müşahidə Şurasının üzvlərinin diqqətinə təqdim olunub. Müzakirələr zamanı Müşahidə Şurası üzvlərindən - Vüqar Rəhimzadə, Əflatun Amaşov, Bəxtiyar Sadıqov, Müşfiq Ələsgərli, Rəşad Məcid və İntiqam Hümbətov Fondun maliyyə yardımı müsabiqələrinin mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması və jurnalistlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin sonunda 34 qəzetin sənədlərinin müsabiqənin şərtlərinə cavab verdiyi nəzərə alınaraq, onlara 2015-ci ilin II yarısında maliyyə yardımının ayrılması barədə qərar qəbul edilib.

Cari məsələlərin müzakirəsi zamanı icraçı direktor V.Səfərli Azərbaycan milli mətbuatının yaranmasının 140 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər barədə ətraflı məlumat verib.

2015-ci ilin II yarımilliyi üçün KİV layihələrinin maliyyələşdirilməsi üzrə müsabiqənin qalibi olan redaksiyaların siyahısı:

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
200

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
316
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 13:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru