Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

30 İyun

2015
12:15
1367
Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin nəzərinə

Bakı İslam Universiteti universitetə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

Universitetdən verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən 2015-2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də 3-cü ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyul ayının 13, 14, 15, 16, 17-də saat 9-dan 13-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Bununla yanaşı, 17 may 2015-ci il tarixində 3-cü ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru