Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

29 İyun

2015
09:06
Qadağa bitdimi?

I Avropa Oyunları ilə əlaqədar paytaxtın bəzi yol və prospektləri bağlanmış, nəqliyyatın hərəkəti müəyyən qədər məhdudlaşdırılmışdı. İyunun 1-dən başlayaraq isə rayon qeydiyyatında olan nəqliyyat vasitələri paytaxta buraxılmayıb. Artıq I Avropa Oyunları yekunlaşdı. Maraqlıdır, bu gündən etibarən məhdudiyyətlərə son qoyulacaqmı yoxsa hazırkı vəziyyət bir neçə gündə davam edəcək?

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında I Avropa Oyunları zamanı tətbiq edilən məhdudiyyətlərin iyulun 1-dək davam edəcəyini bildirdi: "Şəhərimizə gələn qonaqların tarixi abidələr və mədəniyyət ocaqları ilə, eləcə də şəhərimizlə yaxşı tanış olmaları üçün biz mümkün olan şəraiti yaratmalıyıq. Bununla bağlı ola bilsin ki, bəzi məhdudiyyətlər tətbiq edilsin. Əlavə məlumat verəcəyik. Sürücülərimiz bilməlidir ki, hələ ki, iyulun 1-dək nəqliyyat vasitələrinin hərəkətində nəzərdə tutulmuş məhdudiyyətlər, eləcə də Avropa Oyunları üçün çəkilmiş zolaqlarla digər nəqliyyat vasitələrinin hərəkətinə icazə verilməyəcək".

Məqalədə : Qadağa bitdimi? 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
238

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
331

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
311
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 10:50





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru