Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2015
14:38
964
Qarabağ müharibəsi haqqında film təqdim edildi

Qarabağ Azadlıq Təşkilatının çəkdiyi “Yaddaş” sənədli filminin Beynəlxalq Mətbuat Mərkəzində təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Qarabağ həqiqətlərinin əks olunduğu CD və DVD-lərin, çap materiallarının hazırlanması və yayılması, Türkiyə, İran və Gürcüstan QHT-ləri ilə bu sahədə əməkdaşlığın inkişaf etdirilməsi” adlı layihə çərçivəsində hazırlanıb. Filmin ideya müəllifi Akif Nağı, ssenari  müəllif və rejissoru Elxan Xanəlizadədir, yaradıcı heyətə həmçinin Firizə Əsədullayeva, Heyran Muradova, Əzizə Muradova və digərləri daxildirlər. Azərbaycan, türk, ingilis və rus dillərində hazırlanan iyirmi dəqiqəlik filmdə Qarabağ müharibəsi, ermənilərin saxtakarlığı, təcavüzü, vəhşikləri, terror aktları, Xocalı soyqırımının qurbanları, həmçinin bu soyqırımı törədənlərlə bağlı məlumat verilir. Filmin məqsədi Qarabağ müharibəsi, Azərbaycana qarşı erməni təcavüzü haqqında məlumatın dünya birliyinə çatdırılmasıdır. Filmi, başqa cür desək, “Qarabağ müharibəsinə dair qısa məlumat kitabı” kimi də təqdim etmək olar.

QAT sədri Akif Nağının aparacılığı ilə başlayan tədbirdə filmin rejissoru Elxan Xanəlizadə, ekspertlər Mübariz Əhmədoğlu, Firdovsiyyə Əhmədova, Rauf Zeyni, Emin Həsənli, Gülbala Mustafayev, Əvəz Həsənov, Qafar Çaxmaqlı, Mehriban Abdullayeva, Əlisafa Mehdi və digərləri çıxış ediblər. Çıxışlarda filmin əhəmiyyəti, dəyərli məqamları, dünya birliyinə effektiv çatdırılma formaları qeyd olunub. Akif Nağı təklif edib ki, filmin nüsxələri QHT Şurası və digər qurumlar vasitəsilə Birinci Avropa Oyunlarının iştirakçılarına, rəhbər heyətlərinə, turistlərə çatdırılsın, həmçinin Azərbaycanın televiziyaları vasitəsi ilə vaxtaşırı nümayiş etdirilsin. O, belə bir təklif də irəli sürüb ki, Beynəlxalq Mətbuat Mərkəzində və digər yerlərdə keçirilən tədbirlər bu filmin nümayişi ilə başlanılsın, həmçinin xarici tədbirlərdə iştirak etmək üçün gedən hər kəs də bu filmi özü ilə götürsün, imkan daxilində həmin tədbirlərdə göstərilməsinə nail olsun.

Təqdimatda ictimai-siyasi xadimlər, QHT nümayəndələri, ekspertlər, QAT üzvləri, müharibə veteranları, məcburi köçkünlər, qaçqınlar və digərləri iştirak ediblər, film barəsində fikirlərini, rəylərini söyləyiblər. Sonda filmin DVD nüsxələri tədbir iştirakçılarına paylanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ramazan ayının bəzəyi: HİL

19

May
18:15
RAMAZAN AYI
522

Sabahın hava proqnozu açıqlanıb

19

May
12:52
ÖLKƏ
95
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-05-2019 19:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru