Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 İyun

2015
14:29
Hərbi hissə və birləşmələr xüsusi rejimə keçdi - AZƏRBAYCANDA

Ölkədə havanın temperaturunun yüksəlməsi ilə əlaqədar Silahlı Qüvvələrin şəxsi heyəti arasında istilik və günvurma hallarının qarşısının alınması məqsədilə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən hərbi hissə və birləşmələrdə xüsusi rejimin tətbiq olunmasına başlanılıb. APA-nın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyəti istidən və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri müəyyən olunmuş saatlarda keçirilir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə deyil, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilir, açıq səma altında görülən xidməti işlərə cəlb olunmur.

Eyni zamanda hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılıb, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Twitter"in işində problem yaranıb

23

Aprel
16:33
DÜNYA
120

DİM abituriyentlərə müraciət edib

23

Aprel
15:59
ELM / TƏHSİL
110

Polşa səfiri Rusiya XİN-ə gəlib

23

Aprel
15:37
DÜNYA
120
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-04-2021 17:36





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru