Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

24 İyun

2015
12:38
Çində polislə əhali arasında qarşıdurma – 18 ölü

FaktXeber.com-un verdiyi məlumata görə, Çinin Xinyanq məntəqəsində polislərə hücum edilməsi nəticəsində 18 polis həyatını itirib. Bu haqda uyğurların “azad asiya radiosu –RFA” xəbər yayıb. Məlumatda qeyd edilir ki, tabeçilik etməyən avtomobil polis məntəqəsində saxlamadığına görə, yol polisi tərəfindən təqib olunur. Ancaq avtomobili idarə edən şəxs yenidən geri qayıdaraq məntəqədə olan polislərdən birini vuraraq ayaqdan yaralayır.

Polisin məlumatına əsasən onlar polisi vurduqdan sonra maşından düşərək bıçaqla orada olan zabitlərə hücum çəkib, 2 nəfəri qətlə yetiriblər. Üzərində silah daşımayan yol polisi əməkdaşları mühafizə polisinə müraciət ediblər. Ancaq onlar hadisə yerinə çatana qədər daha 3 nəfər avtomobildə olanlara qoşularaq, yenə polislərə hücum edirlər. Bu dəfə 3 polis əmədaşı aldığı xəsarət nəticəsində dünyasını dəyişir.

Daha sonra xüsusi polis dəstəsi işə qarışıb və nəticədə hücumda iştirak edən 15 nəfər öldürülüb. Polisin yaydığı məlumatda o da qeyd olunur ki, polisə hücumda qadınların da iştirakı olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3974

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2842

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2277

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1917
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-04-2020 13:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru