Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2015
10:21
Azərbaycanlılar Şengen vizası üçün barmaq izləri təqdim edəcəklər

“Şərq tərəfdaşlığı” proqramına daxil olan altı ölkədə (Ukrayna, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova) iyunun 23-dən etibarən Şengen ölkələri sazişinin yeni Viza informasiya sistemi (VİS) fəaliyyətə başlayacaq.

VİS-ə müvafiq olaraq Şengen vizası almaq üçün sənəd verənlər barmaq izləri və rəqəmsal şəkil təqdim etməlidirlər.

Ərizəçilərin biometrik məlumatları VİS-də 59 ay müddətində saxlanılacaq və bu müddət ərzində viza üçün bütün müraciətlər zamanı istifadə ediləcək. Bu müddət bitdikdən sonra ərizəçi yeni biometrik məlumatları təqdim etməlidir.   

Vizaya görə ilk müraciət zamanı ərizəçi barmaq izlərini təqdim etmək üçün konsulluğa şəxsən gəlməlidir. 12 yaşına qədər uşaqlar, barmaq izlərinin götürülməsi fiziki mümkün olmayan şəxslər, monarxlar, dövlət başçıları və onların həyat yoldaşları, diplomatik səfərlər zamanı rəsmi heyətlərin üzvləri barmaq izlərinin götürülməsindən azad edilirlər.  

23 iyuna qədər verilmiş vizalar müddəti bitənə qədər qüvvədədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
423

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
357

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
332
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 18:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru