Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 İyun

2015
09:14
İrəvanda polis etiraz aksiyasını dağıdıb - FOTO-VİDEO

 FaktXəbər-in verdiyi məlumata görə, İrəvanda minlərlə etirazçı  ölkə prezijdenti  Serj Sərkisyanın  rezidensiyası  olan prospekti bağlayıb. Sakinlər kommunal xərclərin artmasına etiraz edirlər. Yerli KİV-lərdə bildirilir ki, prospektə yüzlərlə polis , o cümlədən xüsusi texnika cəlb olunub. Şəhər  polis rəisi  etirazçılara  prezidentlə danışıqlar üçün təşəbbüs qrupunun yaradılmasını təklif etsə də, aksiyaçılar razılaşmayıblar. Güc strukturları onları güc vasitələri ilə dağıtmaqla  hədələdikdə isə , mitinqçilər asfaltın üstünə əyləşdilər.

***

Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki oturaq aksiyanı dağıdıb.

15 dəqiqə davam edən əməliyyat nəticəsində saxlanınanlar  var.  

***

İrəvanın polis rəisi Aşot Karapetyan nümayişçilərlə görüşub.

A.Karapetyan aksiya iştirakçılarını ictimai asayişi pozmamağa, Baqramyan prospektini tərk edərək Opera teatrının qarşısındakı meydana keçməyə çağırıb.

“Bu küçə qanuni yolla açılmalı, paytaxtda ictimai asayiş və təhlükəsizlik bərpa olunmalıdı”, deyə A.Karapetyan bildirib.

Nümayişçilər, öz növbəsində,  canlı efirdə kütləvi informasiya vasitələrinin iştirakı ilə Ermənistan prezidenti Serj Sarkisyanla görüşməkdə israrlıdırlar.  Bundan əvvəl onlar İrəvan polisinin rəis müavini Valeri Osipyanın prezidentlə görüşmək üçün 3-5 nəfərlik qrup yaratmaq təklifini rədd etmişdilər.

***

İrəvanda minlərlə sakin Serj Sarkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirlər.

Oturaq aksiya artıq 3 saatdır ki, davam edir. Son məlumatlara görə, aksiyaya Ermənistanın bölgələrindən gələnlər qoşulur. Hazırda İrəvana giriş yollarının bağlandığı bildirilir. 

İrəvanın mərkəzinə xeyli sayda polis qüvvələri cəmlənib, əraziyə su şırnağı vuran polis maşınları gətirilib.

<><>
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3892

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2801

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2237

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1887
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 17:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru