Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2015
16:47
2015-ci ilin əvvəlindən Azərbaycan Silahlı Qüvvələrinin itkisi 38 nəfər təşkil edib

 2015-ci ilin altı ayında Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda itki 38 nəfər təşkil edib. Bunun 15-i döyüş (14 nəfər erməni gülləsindən həlak olub, bir nəfər minaya düşüb), 23-ü qeyri-döyüş itkisidir. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə “Xəzər” Hərbi Araşdırmalar İnstitutu KİV və sosial şəbəkələrdəki monitorinqin nəticələrinə əsasən bildirib.

Mənbəyə görə, 7 hərbçi intihar edib, 6-ı nizamnamədənkənar münasibətlərin qurbanı olub  (xidmət yoldaşlarına atəş açma), 3 nəfər ehtiyatsızlıq səbəbindən həlak olub, 2 nəfər qar uçqununa düşüb, 1 nəfər xəstəlikdən vəfat edib.

Ölənlərin 32-i Müdafiə Nazirliyinin, 3-ü Dövlət Sərhəd Xidmətinin, 2-i FHN, 1-i MTN-in hərbçisidir.

İcmal dövründə 7 hərbçi yaralanıb və ya müxtəlif bədən xəsarəti alıb. 4 nəfər cəbhədə yaralanıb, bir nəfər minaya düşüb, bir nəfər nizamnamədənkənar münasibətlərdən əziyyət çəkib, bir nəfər bədbəxt hadisə nəticəsində ölüb.

Yaralananlardan 6-ı Müdafiə Nazirliyinin, 1-i FHN-in hərbçisidir.

İnstitut müdaifə və təhükəsizlik sektorunun itkinin daha çox olduğunu istisna etmir.

“Xəzər” Hərbi Araşdırmalar İnstitutu 2014-cü ildə Almaniyada Cəsur Sümərinli tərəfindən yaradılıb. O, Azərbaycanda təqiblərə məruz qaldığından sığınacaq axtarmağa məcbur olub.

Qurumun məqsədi Xəzər hövzəsi ölkələrində, həmçinin Ermənistan və Gürcüstanda müdafiə və təhlükəsizlik sektorunda proseslərin təhlili, strateji proqnozlaşdırmanın hazırlanmasıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
53103

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51318

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52773

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52440

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57862

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
52111

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52502
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-11-2020 09:49





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru