Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2015
15:36
799
Çempionlar Liqası: “Qarabağ”ın rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasının 2015/16 mövsümünün ilk püşkatma mərasimi keçirilib. UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə  ilk 2 təsnifat mərhələsinin cütləri müəyyənləşib.

Avropanın ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının I və II təsnifat mərhələsinə ümumilikdə 38 komanda qatılacaq. Mərasimin 1-ci hissəsində qitənin ən aşağı reytinqli 8 çempionatının qaliblərinin iştirak etdiyi I təsnifat mərhələsinin püşkü atılıb. Bu raundda 4 cüt mübarizə aparacaq.

II təsnifat mərhələsinin püşkatması zamanı əvvəlki raundun 4 cütü ilə yanaşı, 30 komanda da rəqibini tanıyıb. Bu komandalar arasında Azərbaycan çempionu “Qarabağ” da var.

Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq Ağdam klubunun ilk rəqibi Monteneqro təmsilçisi olacaq. Qurban Qurbanovun yetirmələri “Rudar”la üz-üzə gələcək.

Təmsilçimiz ilk oyununu evdə keçirəcək. Bu matç iyulun 14-15-də baş tutacaq. “Qarabağ”ın səfərdə keçiriləcək cavab matçına iyulun 21-22-də çıxacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
77

Təhsil Nazirliyindən ibrətamiz videoçarx

20

May
17:38
ELM / TƏHSİL
1340
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 05:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru