Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 İyun

2015
13:11
4621
`Diqlas`ın önündə DYP-sürücü davası: xəsarət alan var - FOTO

"8-ci kilometr bazarı"nın yaxınlığındakı "Diqlas" alış-veriş mərkəzinin önündə DYP-nin evakuasiya xidmətinin əməkdaşları ilə sürücülərin arasında əlbə-yaxa dava-dalaşla müşaiət olunan insident baş verib.

"Yeni Müsavat"ın əməkdaşının hadisə yerindən verdiyi məlumata görə, davanın səbəbi ticarət mərkəzinin qarşısında avtomobillərin saxlanılması üçün nəzərdə tutulan meydançadan yol polisinin evakutor maşınları ilə avtomobilləri cərimə meydançasına aparmaq istəməsi olub. Sürücülər buna etiraz ediblər. Nəticədə münaqişə yaranıb və əsəbləri tarıma çəkilmiş tərəflər arasında əlbə-yaxa dava düşüb.

Əməkdaşımızın verdiyi xəbərə görə, evakuasiya xidmətinin əməkdaşlarından biri etiraz edən sürücünü (onların adını hələlik dəqiqləşdirmək mümkün olmayıb) möhkəm döyüb. Ciddi bədən xəsarəti alan sürücünün halı pisləşib və üstünə təcili tibbi yardım çağırılıb.

Daha sonra ətrafa çoxlu adamlar yığılıb və hadisə yerinə cəlb edilmiş polis qüvvələri tamaşaçıları hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.

Əməkdaşımız xəbər verir ki, hadisə yerinə artıq ikinci təcili yardım maşını da çağrılıb. Döyülən şəxs "Nissan-Sanni" markalı avtomobilin sürücüsüdür. Evakuasiya xidmətinin əməkdaşları döyülən sürücünün xəstəxanaya aparılmasının qarşısını almağa çalışıblar və bildiriblər ki, onun vəziyyəti heç də ağır deyil. Həkimlər isə xəsarət alanın təcili şəkildə xəstəxanaya aparmağın vacib olduğunu bildiriblər. Bu dəfə həkim briqadası ilə evakuasiya xidməti işçilərinin arasında münaqişə yaranıb.

Reportyorumuz xəbər verir ki, sonda polislər yaralı sürücünü öz maşınlarına qoyaraq polis bölməsinə Nizami rayon Polis İdarəsinin bölmələrindən birinə aparıblar.

 
 


Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1041

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
60

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
88

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
306

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
341
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2019 18:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru