Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 İyun

2015
17:04
Azərbaycan boksçusu erməni idmançıya qalib gəlib - FOTO

“Bakı-2015” Avropa Oyunlarında boks yarışları davam edir. Bu gün daha 6 çəki dərəcəsində 1/8 mərhələsinin görüşləri keçirilir.

Bunun 4-də kişilər, 2-də qadınlar mübarizə aparırlar. Artıq Azərbaycan yığmasının 2 boksçusu rinqə çıxıb və bugünkü çıxışını başa vurub. Döyüşlərin nəticəsinə əsasən Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidovun (+91 kq) ardınca Elvin Məmişzadə və Albert Səlimov da adını 1/4 finala yazdırıb. Salman Əlizadənin də bu mərhələdən yarışa qatılacağını nəzərə alsaq, yarımfinal uğrunda mübarizə aparacaq kişi boksçularımızın sayı altıya çatıb. Digər idmançılarımız isə 1/8 final döyüşünə sabah çıxacaq.

WSB liqasından Rio-2016-ya lisenziya qazanan Albert Səlimov da Avropa Oyunlarında ilk döyüşünü bu gün keçirib. Gürcüstanı təmsil edən erməni əsilli Otar Eranosyanla qarşılaşan təcrübəli idmançımız rəqibinə heç bir şans verməyib. Səlimov hər 3 raundda erməninin zəif olduğunu sübuta yetirib – 3:0 (29:28; 30:27; 30:27). Onun yarımfinala gedən yolda rəqibi Samvel Barseqyanı (Ermənistan) məğlub edən Elian Dimitrov (Bolqarıstan) olacaq. Döyüş iyunun 23-də saat 14:00-da keçiriləcək.

Xatırladaq ki, millimizin liderlərindən Elvin Məmişzadə mübarizəyə 1/8 final mərhələsindən qoşulub. Avropa çempionumuzun rəqibi əvvəlki döyüşündə Belarus təmsilçisi İvan Fiqurenkaya qalib gələn Mayls Kesi (İrlandiya) olub. 23 yaşlı boksçumuz ilk görüşündə özünü yaxşı tərəfdən göstərib. Hər 3 raundda inamlı təsir bağışlayan Elvin ciddi çətinlik çəkmədən mərhələ adlayıb – 3:0 (29:27; 30:25; 29:28). Məmişzadə 1/4 finalda bolqarıstanlı Daniel Asenovla üz-üzə gələcək. İyunun 22-nə təsadüf edəcək qarşılaşma saat 19:30-da başlayacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya və Yaponiya arasında gərginlik

27

Yanvar
16:47
DÜNYA
56

Sabiq icra məmuru və müstəntiqlə bağlı qərar

27

Yanvar
14:55
HÜQUQ,HADİSƏ
219

Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA

27

Yanvar
12:05
MÜNASİBƏT
315
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-01-2020 16:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru