Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2015
14:58
Yol polisindən müəmmalı qadağa - FOTO

Bakıda bir neçə gündür velosipedçilərə qadağa tətbiq olunur.

Velosipedçiləri yol polisi saxlayaraq onlardan piyada səkisi ilə sürməyi tələb edir. Buna etiraz edəndə isə: "Nə vaxt velosiped xətti olar, onda sürərsən", - deyərək öz tələbini icra etdirir. 

Belə bir mənzərə ilə dünən Bakının mərkəzində, düz Daxili İşlər Nazirliyinin binasının yaxınlığında rastlaşdıq. Yol polisi velosipedçiləri saxlayaraq yoldan çıxmalarını tələb edir. Amma yol polisi nədənsə ətrafında qayda pozan, sarı xətlənmiş yolun kənarında qanunsuz park edərək hərəkət sahəsini daraldan sürücüləri, taksiləri görmür. Səbəb soruşanda isə əmri icra etdiyini deyərək əsl mətləbdən yayınır.

Məsələ ilə bağlı Bakı Şəhər Yol Polisi İdarəsinin mövqeyi öyrənə bilmədik. Ona görə də "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikasının Qanununa müraciət etdik. 

Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri 

I. Mexaniki nəqliyyat vasitəsinin sürücüsü: 

11) yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının - uşaqların, əlillərin, velosipedçilərin və qocaların təhlükəsiz hərəkətini təmin etmək üçün mümkün olan bütün tədbirləri görməli, küçəni keçən kor piyadanın siqnalı ilə (siqnal - ağ əsanın qaldırılmasıdır) nəqliyyat vasitəsini dərhal dayandırmağa borcludur;

Maddə 38. Velosipedçinin vəzifələri 

Mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməli və bunun üçün:

1) texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən istifadə etməlidir;

2) velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır.

Maddə 46. Velosipedlərin, mopedlərin hərəkətlərinə dair tələblər 

I. Velosipedlər və mopedlər yalnız yolun sağ kənar zolağında, yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməklə, mümkün qədər sağ tərəfdə bir cərgə ilə hərəkət etməlidirlər. Piyadalar üçün maneə yaratmamaq şərti ilə velosipedlərin yol çiyni ilə hərəkətinə icazə verilir. Velosiped dəstələri yolun hərəkət hissəsi ilə getdikləri vaxt hərəsi 10 velosipedçidən çox olmayan qruplardan ibarət olmalıdırlar. Nəqliyyat vasitələrinin ötməsini asanlaşdırmaq üçün dəstələrin arasındakı məsafə 80-100 metr olmalıdır.

II. Velosiped və moped sürücülərinə:

1) sükanı tutmadan və ya təhlükəsizlik dəbilqələrindən istifadə qaydalarını pozmaqla hərəkət etmək;

2) velosipedin və mopedin uzunu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya velosipedi, mopedi idarə etməyə mane olan yük aparmaq;

3) velosiped yolu olduğu halda, onun yanındakı yolla hərəkət etmək;

4) tramvay hərəkəti olan yollarda və həmin istiqamətdə hərəkət üçün birdən artıq zolağı olan yollarda sola və ya geriyə dönmək;

5) sərnişin daşımaq;

6) nasaz, müəyyən olunmuş qaydada təchiz edilməyən velosipeddən istifadə etmək:

7) velosiped və ya mopedlə birgə istismar üçün nəzərdə tutulan qoşqunun yedəyə alınması istisna olmaqla, velosipedləri və mopedləri, eləcə də velosipedlərlə və mopedlərlə yedəyə almaq qadağandır.

Velosipedçilər isə hələ də qanunun, yoxsa polisin tələbini yerinə yetirib-yetirməməsi kimi çətin sual qarşısında qalıb.

Bakıda velosipedçilərə müəmmalı qadağa - FOTO

Bakıda velosipedçilərə müəmmalı qadağa - FOTO

Bakıda velosipedçilərə müəmmalı qadağa - FOTO

Bakıda velosipedçilərə müəmmalı qadağa - FOTO

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3909

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2811

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2257

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1897
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


01-04-2020 21:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru