Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 İyun

2015
04:22
`Sovetski`nin 200 sakininə şəhərin mərkəzində ev veriləcək

Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 dekabr, 2013-cü il tarixli, 501 saylı sərəncamına müvafiq olaraq Yasamal rayonunun “Sovetski” kimi tanınan ərazisində şəhərin Baş Planına uyğun olaraq aparılacaq yenidənqurma və abadlıq tədbirlərinin həyata keçirilməsi məqsədilə mənzillərin və qeyri-yaşayış sahələrinin inventarlaşdırılması, ölçü işləri və köçürülməsi tədbirləri davam etdirilir.

Yasamal Rayon İcra Hakimiyyəti (RİH) başçısının I müavini, Yasamal RİH nəzdində yaradılmış İşçi Komissiyanın sədri Səməd İslamovun APA-ya verdiyi məlumata görə, bu, Azərbaycan prezidentinin təşəbbüsü ilə şəhərin mərkəzində on illər boyu qəzalı, yarıuçuq mənzillərdə yaşayan 50 minə yaxın insanın mənzil şəraitini yaxşılaşdırılmasına yönəlmiş böyük həcmli layihədir.

S.İslamov bildirib ki, layihənin həyata keçirilməsi üçün qarşıda duran vəzifələr tam müəyyənləşdirilib: “Komissiyanın sədri, baş nazirin müavini Abid Şərifovun rəhbərliyi altında Maliyyə Nazirliyinin və Yasamal RİH-in birgə fəaliyyəti nəticəsində ötən müddət ərzində məqsədyönlü iş aparılıb və kifayət qədər tədbirlər həyata keçirilib. Bu işə cəlb edilmiş peşəkar, müstəqil ekspert və layihəçilər tərəfindən ümumilikdə 6 mərhələ üzrə köçürülməsi nəzərdə tutulan 10 min 500-ə yaxın təsərrüfatın artıq 8 min 600-də tam ölçü və qiymətləndirilmə işləri yekunlaşdırılıb, sənədlər paketi hazırlanıb. Bu, nəzərdə tutulan işin 82 faizini təşkil edir. 2 min 320 mənzil və qeyri-yaşayış sahələrinin sahibləri ilə alqı-satqı aparılıb və tikililər sökülərək ərazi boşaldılıb. Birinci mərhələdə Nərimanov heykəlinin ətrafından Hüseyn Cavid parkına qədər ərazi tam köçürülüb və ərazisi boşaldılıb, paytaxt və əhali üçün çox əhəmiyyətli avtomobil yolunun tikintisinə başlanılıb”.

C.İslamov qeyd edib ki, bir müddət əvvəl müəyyən informasiya agentliklərində məlumatlar gedib ki, guya “Sovetski” ərazisinin köçürülməsinə fasilə yaranıb: “Biz o vaxt da belə fikirlərin əsassız olduğunu bildirmişik. Bu müddət ərzində biz bütün mərhələlər üzrə ölçü işlərinin yekunlaşdırılması, həmçinin köçmək arzusunda olan, lakin müəyyən səbəblərdən mənzillərinin hüquqi sənədləşməsini aparmayan sakinlərin problemlərinin həlli ilə məşğul olmuşuq. Dövlət vəsaiti hesabına bu tədbirə cəlb edilmiş hüquqi yardım qrupları illər boyu həll edilməyən onlarla mübahisəli mənzilin sənədləşdirilməsini təmin ediblər. Ən sevindirici xəbər isə söküntüyə düşən ilk iki mərhələnin ərazisindən heç bir digər yaşayış sahəsi olmayan, uzun illər çoxsaylı ailə üzvləri ilə yaşayış üçün yararsız az kvadratlı mənzillərdə yaşayanların yeni mənzillərlə təmin edilməsidir. Yasamal RİH başçısının, maliyyə nazirinin dəqiqləşdirilmiş təklifləri və komissiyanın sədri Abid Şərifovun bu məsələyə xüsusi diqqəti, əlbəttə, hörmətli prezidentin dəstəyi nəticəsində artıq bu məsələ həllini tapıb”.

S.İslamov nəzərə çatdırıb ki, Nazirlər Kabinetinin 9 iyun, 2015-ci tarixli sərəncamına müvafiq olaraq Nərimanov rayonunda 2 binada yerləşən, ümumilikdə 200 ədəd, hər birinin ümumi sahəsi 45 kvadratmetr olan 2 otaqlı mənzillər "Sovetski"də mənzil sahəsi 25 kvadratmetrdən az olan mənzil sahiblərinin ixtiyarına veriləcək: “Bu, ölkə rəhbərliyi tərəfindən illərlə çətin şəraitdə yaşayan 200 ailəyə göstərilən növbəti diqqət və qayğıdır. Bir daha qeyd edirəm ki, bu məsələdə çox ciddi araşdırmalar aparılıb. Bu, o demək deyil ki, kiminsə qeyd edilən ərazidə az kvadratlı mənzili var, lakin bununla yanaşı digər yaşayış sahəsi olduğu halda onlar bu mənzillərə iddia edə bilərlər. Komissiya üzvləri dəfələrlə bu ünvanlarda olub, sənədlər araşdırılıb, son dərəcədə imkansız, az sahəli mənzil şəraitində acınacaqlı vəziyyətdə yaşayan, çoxsaylı ailə üzvlərinin digər yaşayış yeri olmayan mənzil sahibləri məhz yeni mənzillərlə təmin olunacaqlar. Nazirlər Kabinetinin bu sərəncamında mənzillərin əvəzləşdirilməsi, yeni mənzillərə mülkiyyət sənədlərinin verilməsi üçün müvafiq tapşırıqlar verilib. Mənzillərin bölüşdürülməsi püşkatma yolu ilə həyata keçiriləcək. Biz bir çox çoxuşaqlı ailəyə isə veriləcək mənzilə tikinti şirkəti tərəfindən tam mebel dəsti və avadanlıqlar hədiyyə ediləcək”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti cüzi bahalaşıb

10

Aprel
11:16
İQTİSADİYYAT
300

DYP sürücülərə müraciət edib

10

Aprel
10:40
NƏQLİYYAT
305

Son sutkada nə qədər adam yoluxub?

09

Aprel
16:40
ÖLKƏ
372

Tank bölmələri döyüş atışları icra edib - VİDEO

09

Aprel
16:07
BÖLMƏNİ DÜZ SEÇ!
322

Ramazan ayı ilə bağlı fətva verildi

09

Aprel
15:23
ÖLKƏ
568

Belarusda neft tapılıb

09

Aprel
14:31
DÜNYA
375

Sabaha olan hava proqnozu açıqlandı

09

Aprel
14:11
ÖLKƏ
430
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2021 19:15





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru