Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2015
16:07
Graham Fuller: `ABŞ artıq dünyanın polisi deyil`

"ABŞ uzun zamanlardan bəri dünyanın müxtəlif yerlərinə çağırılan polis roluna alışmışdı; bunun müddəti başa çatdı və bunu təkrar etməyə cəhd, ölkə iqtisadiyyatını məhvə aparar."

FaktXəbər-in məlumatına görə, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş məsləhətçilərindən və "Siyasi İslamın gələcəyi" kitabının müəllifi olan Graham Fuller son təhlilində danışıb və Amerikanın azalmaqda olan gücündən bəhs edərək, öz saytında belə yazıb:

"Çinin bir dünya gücü olaraq meydana çıxması təhlükələri və problemləri barədə çox şey yazılıb. Tarixçilər yeni doğulan qüvvə ilə statusu əlində saxlayan gücün toqquşmasını təbii dəyərləndirirlər. Bu gün ABŞ-ın beynəlxalq sahədə gücü getdikcə azalır. Əgər bunu ABŞ və beynəlxalq nizam, həmçinin yeni inkişaf edən qüvvələr qəbullanıb tədbir görməsələr, ciddi təhlükə ilə üzləşməyə hər kəs hazır olmalıdır.

Amerikanın gücünün azalmasının səbəbləri yetərli və geniş şəkildə təhlil edilmişdir. Buna baxmayaraq, nə Amerika xalqının böyük bir hissəsi, nə də Amerika hökuməti (Vaşinqton) bunu görmək istəmir.

Amerikanın süqutu tədricən olacaq və Çin, Hindistan, Braziliya kimi yeni güclərin doğulaması ilə eyni zamana düşəcək. Bunlar Amerikanın uzun illər əlində tutduğu dünya iqtisadiyyatını idarə etməkdə və yenidən formalaşdırmaqda yardımçı olacaqlar.

Amerikanın adi döyüşlərdə hərbi gücü bol büdcə sayəsində hələ azalmağa məruz qalmayıb. Amma problem ondadır ki, var olan mühüm müharibələr: İraq, Əfqanıstan, Yəmən, hətta İŞİD, bunların heç biri adi müharibə yoxdur və Amerika hamısında da məğlubiyyətə uğrayır. Bir çox dövlət artıq öz suverenliyinə üstünlük verir və bir çox sahədə Amerikanın istəklərinə üstünlük verməyə ehtiyac görmür.

Respublikaçıların və radikal Demokratların bir çoxu hələ də bu həqiqəti dərk etmir: onlar hələ də Amerikanın problemlərə həll yolu tapa bilməməsinin günahını prezidentə yükləyirlər. GALLUP sorğu şirkətinin 2014-cü ildəki araşdırmasında 64 ölkə Amerikanı sülhə təhdid edən ilk dövlət kimi göstərib.

Əsl təhlükə bizim bu dünyadakı dəyişiklikləri görə bilməməyimizdir. İqtisadi gücün dəyişməsi, yeni anadan olan dövlətlərin cəsarəti, çoxqütblü dünyaya geri dönmə, sosialist meyllər və s. artıq böyük qardaş istəmirlər.

ABŞ uzun zamanlardan bəri dünyanın müxtəlif yerlərinə çağırılan polis roluna oynayırdı; bunun müddəti başa çatdı və bunu təkrar etməyə cəhd, ölkə iqtisadiyyatını məhvə aparar."

Qeyd edək ki, Graham Fuller Amerikanın RAND düşüncə qurumunun siyasi məsləhətçisidir.

20 illik xarici işlər vəzifəsinin 17 ilini Almaniya, Türkiyə, Livan, Səudiyyə Ərəbistanı, Şimali Yəmən, Əfqanıstan, Hong Kong kimi ölkələrdə xidmət edərək keçirib. 1982-ci ildə Yaxın Şərq və Cənubi Asiyadan məsul MKİ-nin milli xəfiyyəsi vəzifəsinə təyin edilib. 1986-cı ildə milli səviyyədə strateji proqnozlar məsulu olaraq MKİ Milli Kəşfiyyat Şurası başçısının köməkçisi vəzifəsinə gətirilib.

1988-ci ildə dövlətlə işlərini tamamlayan Fuller, RAND şirkətinə əsasən Orta Şərq, Orta Asiya, Cənub və Cənub-Şərqi Asiya və Sovetlər Birliyi etnik problemləri ilə əlaqədar işlər görmək vəzifəsiylə qatılıb. 

Onu analitiklər ABŞ-ın "dərin adamı" olaraq xarakterizə edirlər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4926

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3343

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2671

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2213
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


10-04-2020 08:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru