Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 İyun

2015
15:23
Arif Məmmədov: Onlar ölkənin xərçəng şişidir

Avropa İttifaqı yanında İslam Əməkdaşlıq Təşkilatının keçmiş nümayəndəsi Arif Məmmədov Azərbaycan prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.

A.Məmmədovun Facebook səhifəsində yaydığı məktubunda deyilir ki, səfirlərin ölkə rəhbərliyinə qarşı guya çeviriliş hazırlamaları barədə yazıları pezidentin ətrafında olan müəyyən şəxslər himayə edir.

“Mən əvvəllər də öz məktubumda sizə bildirmişdim ki, Azərbaycan hökumətindəki müəyyən şəxslər öz gərəksiz fəaliyyətlərinə haqq qazandırmaq üçün Qərb, Avropa Şurası, Avropa İttifaqı, indi də səfirlərə qarşı hiylələrə əl atırlar.

Təxribat bu insanların qadir olduqları yeganə nəsnədir. Onlar Azərbaycan xalqına, ağıllı və bacarıqlı insanlara nifrət edirlər, çünki onları gərəksiz olan özlərinə təhlükə kimi görürlər”, diplomat yazır:

“Cənab prezident,

Cəsarətli qərarlar qəbul etməyin və ölkəni bu natəmizlikdən xilas etməyin vaxtıdır. Bu insanlar sizin imicinizə ziyan vurur və dünyada qəsdən ölkə haqqında mənfi imic yaradırlar. Onlar ölkənin xərçəng şişidir.

Siz həmin insanları çox yaxşı tanıyırsınız. Onlar sizin komandanın sonuncu ən yaxşı kadrlarına hücum edirlər. Bu gün onlar xarici işlər naziri başda olmaqla ölkənin ən yaxşı diplomatlarını hədəf kimi seçiblər.

Əgər siz təcili qərarlar qəbul etməsəniz onlar dayanmayacaqlar. Azərbaycan xalqı sizin düzgün qərarlar qəbul edəcəyinizə ümid bəsləyir”, bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Haqqin.az saytı bir qrup diplomatı ölkə rəhbəriyinə qarşı qəsd hazırlamaqda ittiham edib. Buna əsas kimi Arif Məmmədovun Facebook-da dövlət məmurlarının xəyanətkarlığı və səriştəsizliyi, bu səbəbdən yaşayış evində insan tələfatı ilə nəticələnən yanğının baş verməsi barədə məqaləsi götürülüb. Bu yazını “like” edən bir neçə nəfər Xarici İşlər Nazirliyinin əməkdaşı işdən çıxarılıb. A.Məmmədov İƏT-də öz postundan istefa verərək siyasi fəaliyyətə başladığıını və Azərbaycanın böhrandan çıxarılması üçün proqram hazırladığını bəyan edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
61163

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58925

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60603

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60242

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65775

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
60075

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
60232
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-01-2021 01:09





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru