Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 İyun

2015
14:39
Sürücülərin nəzərinə: Qanuna dəyişiklik gözlənilir

Hələlik təkliflər hazırlanma mərhələsində olduğuna görə, qanuna  dəyişiklik olub olmayacağı təkliflər əlimizdə olduqdan sonra müzakirə olunacaq. Ola bilsin ki, qanuna dəyişiklik olsun ola bilsin ki, yox. 

Bu sözləri Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Orxan Bayramov sürücülərin avtomobillərin icbari sığortasından yayınma hallarının aradan qaldırılması ilə bağlı qanuna dəyişlik nəzərdə tutulurmu sualına münasibət bildirərkən bildirib. 

Onun sözlərinə görə, dəyişiklik olsa belə biz bunu sadəcə layihə kimi qaldıra bilərik.

Bundan əlavə, Bayramov qeyd edir ki, qanuna dəyişiklik olmasa belə, sürücülük ixtiyarı verən sənədlər içərisində icbari sığortanın vacib şərt kimi qoyulması bu nəzarətin qanuna dəyişiklik olmadan belə yüksək olduğunu göstərir.

Qeyd edək ki, müstəqil ekspertlər isə bildirir ki, məsələdən çıxış yolu kimi İnzibati Xətalar Məcəlləsinin müəyyən maddələrinə əlavə və düzəlişlər edilməlidir.

Xatırladaq ki, məsələ ilə əlaqədar bir müddət əvvəl Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) İcbari sığorta komitəsinə tapşırılmişdi ki, komitə üzvləri tərəfindən qısa zamanda beynəlxalq təcrübə öyrənilməklə təkliflər hazırlanıb ASA-ya təqdim edilsin.

Məlumat üçün bildirək ki, ASA-nın 2015-ci ilin yanvar-may ayları üzrə hazırladığı son statistikaya görə, qeyri-həyat sığortası üzrə yığımların 20%-i və ya 30 milyon manatı avtomobillərin icbari sığortasının payına düşüb. Sığortanın bu növü üzrə ödənişlərin 26,1%-i və ya 12,9 milyon manatı avtomobillərin icbari sığortasının payına düşüb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43800

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
42085

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
43707

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
43168

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
48693

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
43150

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
43556
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-09-2020 11:10





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru