Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 İyun

2015
14:19
Azərbaycan-Rusiya sərhədində yeni sərhəd zastavasının açılışı olub - FOTO

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yaradılmasının 23-cü ildönümü ərəfəsində Qusar rayonu Samur qəsəbəsində yerləşən “Samur” sərhəd zastavasının açılşı və yeni inşa ediləcək sərhəd zastavasının təməlqoyma mərasimi keçirilib. 

Açılış mərasimində Qusar rayon İcra Hakimiyyətinin rəsmiləri, DSX rəisinin birinci müavini, general-leytenant Rəşad Sadiqov şəxsi heyəti zastavanın açılışı və Milli Qurtuluş günü münasibətilə təbrik edib. 

R. Sadiqov “Azərsun” şirkətinə məxsus binanı əsaslı təmir edərək sərhədçilərin istifadəsinə verdiklərinə və yeni inşa ediləcək sərhəd zastavasının tikintisini təmannasız keçirəcəklərinə görə şirkətin rəhbərliyinə minnətdarlığını bildirib. 

Qonaqlar ikimərtəbəli binada yaradılan şəraitlə, əsgər yataqxanası, istirahət və təlim otaqları, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, anbarlarla tanış olublar. Müasir tələblərə cavab verən yeni sərhəd zastavasında sərhəd xidmətini yüksək səviyyədə təşkil etmək, yaşamaq və istirahət etmək üçün hər cür şərait yaradılıb.

Daha sonra yeni inşa ediləcək sərhəd zastavası kompleksinin təməlqoyma mərasimi keçirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Varlı kəndin bərbad məktəbi - VİDEO

25

Yanvar
14:21
ÖLKƏ
569

Daha bir marşrut avtobusu kart sisteminə keçir

25

Yanvar
14:11
NƏQLİYYAT
401

Sabahın hava proqnozu açıqlandı

25

Yanvar
13:06
ÖLKƏ
354

Putinin "boz kardinal"ı istefa verib

25

Yanvar
12:16
DÜNYA
327

Ölümcül virus artıq Avstraliyada

25

Yanvar
11:21
DÜNYA
322

Bu ərazidə işıq olmayacaq

25

Yanvar
10:47
ÖLKƏ
418
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-01-2020 21:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru