Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 İyun

2015
15:34
435
Qusarda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün evlər tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ilkin olaraq üç fərdi ev tikilir.

Fərdi evlər Piral, Balaqusar kəndlərində və Qusar şəhərindəki yeni yaşayış massivində inşa olunur. Tikintisinə 2015-ci ilin yanvar ayından başlanılan birmərtəbəli evlər üç otaqlıdır. Səkkiz sot həyətyanı torpaq sahəsi ilə təmin edilən evlərin iyul ayında istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda evlərdə son tamamlama işləri aparılır.

Qusar Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Arif Tahirov AZƏRTAC-a bildirib ki, qarşıdakı illərdə bu kateqoriyadan olan daha 66 ailənin də mənzil və ya fərdi evlərlə təmin olunması nəzərdə tutulub.

Ümumiyyətlə, son illərdə Qusar rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 8 və 16 mənzilli iki bina, eləcə də altı fərdi ev tikilərək istifadəyə verilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bu rüsumlar artırılır - SİYAHI

21

May
12:41
HÜQUQ,HADİSƏ
30

Axtarışda olan 28 nəfər saxlanıldı

21

May
12:33
HÜQUQ,HADİSƏ
30

Valideynlərə XƏBƏRDARLIQ

21

May
11:50
AİLƏ, SAĞLAMLIQ
112

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1858
Şərhlər
rufan tərəfindən 10-06-2015 11:14:27 tarixində yazıldı
prezdente tesekkur
bunun ucun prezdente tesekkur edirem
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 12:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru