
Prezident Yanında Əfv Məsələləri Komissiyası 21 üzvdən ibarətdir. Onlardan ikisi - Hüseyn Cavidin ev muzeyinin direktoru Turan Cavid və xalq şairi Vaqif Səmədoğlu vəfat edib. Komissiyanın üzvü Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov səhhətində yaranmış problemlə əlaqədar komissiyanın iclaslarında iştirak edə bilmir.
Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqub da eyni səbəblə bağlı komissiyanın toplantılarının hamısına qatıla bilmir. Dövlət rəsmiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələrindən təşkil olunan komissiyanın iclasları 11 üzv iştirak etdikdə baş tutmuş sayılır. Hər zaman cəmiyyətin maraqla izlədiyi komissiyanın tərkibinə yenidən baxılmağa ehtiyac varmı?
Modern.az saytı məsələ ilə əlaqədar Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çingiz Qənizadənin fikirlərini öyrənib.
O, bildirib ki, komissiyanın tərkibinə yenidən baxılması məsələsi gözləniləndir: "Hesab edirəm ki, fiziki problemləri ilə bağlı kimlərsə komissiyanın işində iştirak edə bilmirsə, ya onlar könüllü komissiyadan getməlidir, ya da onların əvəzinə daha işlək, daha operativ çalışmaq bacarığı olan insanlar üzvlüyə salınmalıdır.
Yəqin ki, I Avropa Oyunlarından sonra bu məsələlərə baxıla bilər. Prezident ildə bir neçə dəfə əfv sərəncamı imzalayır, humanist addım atır.Bu baxımdan Əfv Komissiyasında işlək insanların olması daha önəmlidir".
Çingiz Qənizadə komissiyada təmsil olunan insanların əlçatan olması məsələsinə də toxunub: "Prezident Müstəqillik Günü ilə bağlı son toplantıda bir ifadə işlətdi ki, "ictimai nəzarətə ehtiyac var".
Hesab edirəm ki, o komissiyada ictimaiyyət nümayəndələrinin olması çox önəmlidir. Doğrudur, komissiyada bir neçə şəxs var ki, onlar əlçatandırlar.Məsələyə baxılarkən həm mətbuat işçilərinin, həm də hüquq müdafiəçilərindən kimlərinsə, komissiyada təmsil olunması daha yaxşı olardı. Ən azından informasiya əldə etmək baxımından bu faktorlar nəzərə alınmalıdır".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 26-06-2020 13:03 AİP sədr əvəzi Hacı İlham Əliyevin həbs müddəti uzadıldı
- 25-06-2020 15:21 Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
- 19-06-2020 17:01 Torpaq yolla rayona getməyə cəhd edən 1000 sürücü cərimələnib, 3 nəfər həbs edilib
- 19-06-2020 10:09 Daş karxanasında meyit tapılıb
- 18-06-2020 14:30 Azərbaycan-İran sərhədində atış olub, ölən var
- 18-06-2020 12:08 Karantin qaydalarını pozan şöbə rəisi işdən çıxarıldı
- 18-06-2020 11:44 Ötən gün yol qəzalarında 4 nəfər ölüb
- 18-06-2020 10:36 Qubada iritonlu iki yük maşını toqquşub
- 18-06-2020 09:59 Prokurorluq Tovuz sakininin cərəyan vurması nəticəsində ölməsi ilə bağlı məlumat yayıb
- 17-06-2020 17:09 İcra başçısının arvadının "Azəriqaz"a 80 min manat borcu var - RƏSMİ
- 17-06-2020 14:34 Baş Prokurorluq: KİVDF-də baş verən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 17-06-2020 13:51 İcra başçısından vətəndaşlara zorakılıq tətbiq edən polis oğlu ilə bağlı açıqlama
- 17-06-2020 10:28 Bakı metrosunun xidmət rəisi qəfildən ölüb
- 17-06-2020 09:29 Salyanda cinayət törədən şəxs həbs olunub
- 16-06-2020 18:00 Ağsu aşırımında yanğın başlayıb - Əraziyə 2 helikopter cəlb edilib
- 16-06-2020 17:50 Torpaq yolla rayonlara gedib-gələnlər müəyyən edilərək cərimələnəcək
- 16-06-2020 13:58 Xaçmazda əyləncə məclisi təşkil edən şəxslər cəzalandırıldı
- 16-06-2020 12:32 Bakının giriş-çıxışlarında yaranan tıxacın səbəbi bəlli oldu - RƏSMİ
- 16-06-2020 11:36 Balakəndə narkotik əkən şəxslər saxlanılıb
- 16-06-2020 09:14 Aeroport yolundakı qəza tıxaca səbəb oldu
- 13-06-2020 13:27 Rəhim Qazıyevə xəsarət yetirən şəxsin kimliyi məlum oldu
- 12-06-2020 18:09 Məhkəmə Neftçala rayonu icra başçısı barəsində qərar verdi
- 12-06-2020 14:16 Ceyranbatan su anbarının yaxınlığında yenidən yanğın başlayıb
- 12-06-2020 10:15 Bakıda 12-ci sinfi bitirənlərin sayı açıqlandı
- 12-06-2020 09:57 Bakıda həyətdə narkotik plantasiyası aşkarlandı