Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 İyun

2015
10:21
879
Kimlər miqrant sayılır və onlar hansı hüquqi prosedurları yerinə yetirməlidirlər?

Hazırda dünyada 235 milyondan artıq insan miqrasiya edir.Məhz bu baxımdan “Miqrasiya” qlobal problem kimi diqqət çəkir.BMT-nin açıqaladığı rəqmlər isə maraqlıdır.Belə ki hazırda dünyada hər 35 nəfərdən biri miqrant sayılır.BMT-nin Baş Assembleyası tərəfindən 18 dekabr 1990-cı il tarixdə “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Beynəlxalq Konvensiya qəbul edilib.4 dekabr 2000-ci ildə isə Baş Assembleyanın qərarı bütün dünyada bu sahəyə olan diqqəti artırdı.Bu sənəddə BMT-yə üzv dövlətlərə,hömkumət və qeyri-hökumət təşkilatlarına  həmin gün miqrantların əsas hüquq və azadlıqlarına dair məlumatların ictimaiyyətə çatdırılması,həmçinin təcrübə mübadilələri vasitəsi ilə onların müdafiəsinin təmin edilməsi tövsiyyə olunur. 2006-cı il dekabrın 14-15-də baş tutan BMT Baş Assambleyasının Beynəlxalq Miqrasiya və İnkişaf üzrə Yüksək səviyyəli Dialoquna 132 üzv dövlət qatılıb. İlk olaraq, iştirakçılar beynəlxalq miqrasiyanın qlobal bir məsələ olduğunu və hüquqlar çərçivəsində onun ölkələr arasındakı əməkdaşlığa müsbət təsir göstərə biləcəyini vurğulayıblar.Həmçinin,iştirakçı ölkələr lokal, regional və qlobal səviyyədə beynəlxalq miqrasiya prosesində yarana biləcək fəsadlarla mübarizə aparmaq və bu istiqamətdə əməkdaşlıq etməyin vacibliyini diqqətdə saxlayıblar.

2004-cü ildə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Siyasəti Konsepsiyası qəbul edilib. Bu konsepsiyada hökumət qurumları qarşısında miqrasiya proseslərinin tənzimlənməsi sahəsində duran məqsədlər müəyyən edilib. Dövlət Miqrasiya Siyasəti Konsepsiyasından irəli gələn məsələlərin həyata keçirilməsi üçün 2006-cı il iyulun 25-də Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikasının 2006-2008-ci illər üçün Dövlət Miqrasiya Proqramı” təsdiq edilib.Proqramın əsas məqsədi miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin tənzimlənməsi və proqnozlaşdırılması, bu sahədə qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi, qanunların tətbiqinin effektivliyinin təmin edilməsi, miqrasiya sahəsində vahid məlumat bankının, müasir avtomatlaşdırılmış nəzarət sisteminin yaradılması, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, miqrantlarla bağlı sosial müdafiə tədbirlərinin həyata keçirilməsidir.Miqrasiya sahəsində dövlət siyasətini, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək məqsədilə prezidentin 19 mart 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yaradılıb və Əsasnaməsi təsdiq edilib.Ötən dövr ərzində Azərbaycanda qeydiyyatda olan miqrantların yaşama və iş icazələrinin verilməsi sahəsində də müsbət yeniliklər var. Məsələn, əgər əvvəlki qanunvericiliyə əsasən müvəqqəti yaşamaq üçün icazənin, o cümlədən əmək fəaliyyəti ilə məşğul olmaq üçün fərdi icazənin müddəti dörd dəfədən artıq uzadıla bilməzdisə, yeni qanunvericiliklə bu məhdudiyyət aradan qaldırılır.Belə ki, ölkə ərazisində müvəqqətiyaşamaq üçün icazənin 1 ilədək müddətə, Azərbaycan Respublikasının iqtisadiyyatına azı 500 000 manat investisiya qoyan şəxslər üçün isə 3 ilədək müddətə verilməsi nəzərdə tutulub. Eyni zamanda, sənəddə 1 il müddətinə verilən icazələrin növbəti dəfə 2 ilədək müddətə uzadılması öz əksini tapıb.

Maraqlıdır, bəs kimlər miqrant hesab olunurlar? 

Kimlərin miqrant hesab olunduğuna gəlincə isə bəzən mövsümi qazanc dalınca, məsələn, kənd təsərrüfatı məhsulu yığmaq üçün xaricə gedən şəxsləri də miqrant adlandırırlar. Amma turistlər, zəvvarlar, müalicə olunmaq üçün xaricə gedənlər və xaricdə ezamiyyətdə olanlar miqrant hesab olunmurlar. Bundan başqa, hər bir ölkə əcnəbilərin onun ərazisində olmaq prosedur və şərtlərini müəyyən edir : “Müəyyən olunmuş qaydalara riayət etməyən şəxslər qanunsuz  miqrantlar hesab olunurlar. Məsələn, qanuni sənədləri olmadan ölkəyə daxil olan və ölkədə gizli qalan şəxs, ölkəyə saxta sənədlərlə daxil olan şəxs, qanuni sənədlərlə ölkəyə daxil olan, lakin ölkədə icazə verilən müddətdən artıq qalan və yaxud digər hər hansı bir şəkildə daxil olmaq və bu ölkədə olmaq qaydalarını pozan və burada qanuni əsası olmadan qalan şəxs qanunsuz  miqrant sayılır».Bu zaman başqa bir sual da ortaya çıxır.Azərbaycana daha çox miqrant axını hansı ölkədəndir?

Araşdırmalar zamanı ortaya çıxan statistik rəqəmlər göstərir ki,son vaxtlar Azərbaycana daha çox miqrant qonşu Gürcüstandan gəlir. Həmçinin,Orta Asiya respublikalarından, Rusiya Federasiyasından gələnlər də çoxdur.Sonrakı yerləri isə Türkiyə və Böyük Britaniya vətəndaşları tutur.İran, Əfqanıstan və  Pakistandan alver məqsədilə gələnlər miqrantların da sayı diqqətdən qaçmamalıdır.2000-ci ildən sonra Kamerun və Flippin kimi ölkələrdən gələn miqrantların sayında da artım müşahidə olunur.Baxmayaraq ki,onlar  ölkəyə qanuni əsaslarla daxil olsalar da, sonradan əksəriyyəti qanunsuz yaşamağa üstünlük verirlər. Bütün bu problemlərin qarşısının alınması üçün Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinin düzgün təhlilini həyata keçirməli, proqnozlaşdırmalı və dəqiq monitorinq aparmalıdır. Eyni zamanda, bu qurum ölkədə olan qanunsuz miqrantlarla bağlı təftiş işləri apararaq onların ölkə ərazisindən çıxarılması işinə də ciddi nəzarət etməlidir.Çünki bu onların qarşısında duran başlıca vəzifələrdən biridir.Sonda onu da vurğulayaq ki,bütün bunaları həyata keçirmək üçün Dövlət Miqrasiya Xidməti, Daxili İşlər, Xarici İşlər, Milli Təhlükəsizlik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri ,o cümlədən Dövlət Sərhəd Xidməti ilə birlikdə fəaliyyət göstərir.

İnqilab Şirinbəyli

EL Televizya Şirkəti

Aparıcı-redaktor

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı metrosunda sərnişinin halı pisləşib

18

Avqust
11:23
HÜQUQ,HADİSƏ
152

Şəmkirdəki yanğının DƏHŞƏTLİ TƏFƏRRÜATI

18

Avqust
11:12
HÜQUQ,HADİSƏ
1764

Azərbaycan neftinin qiyməti 62 dollara yaxınlaşıb

17

Avqust
13:00
İQTİSADİYYAT
313

Sabah Bakıda 34 dərəcə isti olacaq

17

Avqust
11:09
ÖLKƏ
1225

Dünya bazarlarında neft bahalaşıb

17

Avqust
10:12
İQTİSADİYYAT
382
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-08-2019 19:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru