Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2015
15:12
730
Dini Komitə Ramazan ayı ilə bağlı təqvim barədə xəbərdarlıq etdi

“Zaman-zaman dindən müəyyən maraqlar üçün istifadə edən bəzi qruplar ölkəmizdəki ənənəvi dini dəyərlərlə uyğunluq təşkil etməyən, dindarlar arasında fikir ayrılığı yaradaraq vəhdət və həmrəyliyə xələl gətirən tədbirlər görməklə öz məkrli məqsədlərinə nail olmaq istəyirlər. Təcrübə göstərir ki, xüsusilə ölkə əhəmiyyətli tədbirlərin keçirildiyi vaxtlarda ictimai sabitliyi pozmaq üçün bəhanə arayan belə qruplar xüsusilə aktivləşirlər. Bu baxımdan, qarşıdan gələn Ramazan ayında müxtəlif “Dini təqvim”lər hazırlayaraq dindar kontingent arasında yayanlar çaşqınlıq yaratmaq məqsədi güdürlər”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən FaktXəbər-ə verilən məlumata görə, bunu qurumun Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov bildirib.

Ə. Zülfüqarov deyib ki, ölkə əhalisinin 96%-ni müsəlmanlar təşkil edən Azərbaycanda bütün İslam icmaları dini mərkəz kimi Qafqaz Müsəlmanları İdarəsində (QMİ) birləşirlər. Ona görə də mərkəzləri və havadarları xaricdə yerləşən bəzi müsəlman dini qrupların bu və ya digər şəkildə Azərbaycan vətəndaşlarına dini-ideoloji konteksdə müdaxilə etmələri qəbul edilməzdir: “Hər il olduğu kimi, Ramazan ayı öncəsi QMİ-nin Qazılar Şurası və Elmi-dini Şurası ölkə ərazisində Ramazan ayının başlanması və bayram günlərinin vaxtı ilə əlaqədar fətva verir, ay boyu icra olunacaq ibadətlərin vaxtları ilə bağlı xüsusi təqvim hazırlayır ki, məhz bu təqvim Azərbaycan ərazisi üçün dəqiq hesablanıb. Həmin təqvim QMİ ilə Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birgə astronomik hesablamalara uyğun tərtib edilir. Ölkə müsəlmanları ay boyunca bu cədvələ riayət etməlidirlər. Lakin təəssüf ki, vətəndaşlarımız arasında müxtəlif müsəlman ölkələrində hazırlanan təqvimlərə etibar edənlər də vardır. Qeyd edək ki, “xarici təqvimlər”də çox vaxt qeyri-dəqiqlik və yerli vaxtla uyğunsuzluq olduğundan dindar vətəndaşlarımız arasında çaşqınlıq yaranır, nəticədə bir sıra xoşagəlməz söz-söhbətlər baş qaldırır. Hətta bəzi dindarlar Ramazan bayramını QMİ-nin təklifi əsasında dövlətin rəsmi təyin etdiyi gün yox, bu və ya digər təqvimlərə uyğun keçirirlər ki, bu da ölkədəki müsəlmanlar arasında birliyə, həmrəyliyə ciddi zərbə vurur”.

Dövlət Komitəsinin şöbə müdiri qeyd edib ki, Ramazan ayının xüsusiyyəti və ümumiyyətlə müsəlman ümmətinin ən üstün keyfiyyəti elliklə, vəhdət içində icra edilən ayinlərin dərəcəsinin Uca Yaradanın dərgahında daha fəzilətli olmasıdır: “Deməli, müsəlmanların parçalanması, xüsusilə on bir ayın sultanı olan Ramazanda belə halların baş verməsi təkcə təəssüf doğurmur, elə şəri baxımdan da günah sayılır. Uca Yaradan Qurani-Kərimin Ali-İmran surəsinin 103-cü ayəsində buyurur ki, “Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın!”. Ona görə də bir daha vurğulayırıq ki, vətəndaşlarımız QMİ ilə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının birlikdə hazırladığı öz təqvimimizdən istifadə etsinlər, mənbəyi məlum olmayan təqvimlərdən uzaq olsunlar. Çünki bu həssas məsələ təkcə dini deyil, elə vahid cəmiyyət kimi milli vəhdətimizin və  həmrəyliyimizin vacib təzahürüdür. Eyni zamanda xəbərdar edirik ki, QMİ-nin rəsmi təqvimindən başqa müxtəlif dini təqvimlər çap edərək yayanlar qanunla məsuliyyətə cəlb oluna bilərlər. Dövlət Komitəsinin müvafiq şöbələri Ramazan ayı boyunca dini ibadət yerlərində müvafiq monitorinqlər aparacaq, dini ayinləri Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təqviminə uyğun icra etməyən icmalar və din xadimləri barəsində hüquqi müstəvidə ciddi ölçü götürüləcək. Bütün müsəlmanlar üçün birlik və qardaşlıq rəmzi sayılan Müqəddəs Ramazan ayında nifaq və təfriqə halları ilə üzləşməmək üçün vahid rəsmi təqvimdən istifadə məsələsində dindarlarımızın daha həssas davranmalarını, neqativ hallarla üzləşdikləri təqdirdə dərhal məlumat vermələrini xahiş edirik”.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 07:40



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru