Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 İyun

2015
10:15
Azərbaycanın görkəmli hərbi xadimi haqqında film çəkilir

Görkəmli hərbi xadim Vəli bəy Yadigarov haqda Mədəniyyət və Turizm Nazirliyinin "Salnamə" studiyası və Polşanın "Kaleydoskop" kinostudiyası tərəfindən "Polkovnik" adlı sənədli film çəkilir. 

Bu barədə FaktXəbər-ə naizrlikdən məlumat verilib.

Vəli bəy Yadigarov rus çar ordusunun tərkibində I Dünya müharibəsində iştirak etmiş, Azərbaycan Xalq Cümhuriyyəti Milli Ordusunda korpus komandirinin yanında eskadron komandiri olmuşdur. XI Qızıl Ordu Bakıya daxil olanda üçüncü Şəki süvari alayının pərakəndə dəstəsilə vuruşa-vuruşa Gürcüstan ərzisinə çəkilmişdir. 1921-ci ilin martınadək bolşeviklərə qarşı vuruşmuş və həmin il əvvəlcə Türkiyəyə, sonra Polşaya mühacirətə getmişdir. Polşada "Armiya krayova" xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi və 10-cu süvari atıcılar əlahiddə diviziyasının komandiri olmuşdur.

Çəkilişləri Azərbaycan, Polşa və Gürcüstanda aparılan filmin Gürcüstan və Polşa çəkilişləri artıq yekunlaşmış, Azərbaycan çəkilişlərinin isə iyun-iyul aylarında tamamlanması nəzərdə tutulmuşdur. 

Filmin rejissorları Tahir Əliyev və Leji Lyubax (Polşa), ideya müəllifi Həsən Həsənov, ssenari müəllifi Ramil Ələkbərov, prodüseri Nazim Hüseynovdur.

Filmin çəkilişlərində polşalı kinematoqraflar da iştirak edirlər.

 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“UNEC-90 Kitablar arasında keçən ömür”

28

May
12:21
ELM / TƏHSİL
402

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
347

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
322
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-05-2020 16:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru